“QARABAĞ TV”  NAĞILI

17:30 06-08-2018 | icon 1232 | Köşə
“QARABAĞ TV”  NAĞILI

 

... VƏ İDEOLOJİ BAZA YARATMAĞIN YOLU

 

 

İGİD TEYMURLU

 

 

Azərbaycanımızın dəyərli aydınlarının Qarabağ TV-nin yaradılması təşəbbüsü ilə çıxış etmələri nə qədər düşündürücü olsa da bir o qədər də müəyyən mənada ikrah hissi doğurur adamda. Bu konuda dəyərli tarixçi alimimiz Dilavər bəy Əzimli vurğulayır ki, "biz torpaqlarımızı qaytarmaq və ərazi bütövlüyümüzü bərpa etmək üçün mütləq savaşa girəcəyik. Bəs bunun ideoloji bazasını necə hazırlamalıyıq? Təbii ki, Qarabağ TV. ilə"....

 

Olsun. Düzdür, Dilavər bəy özünün ətraflı şərhində sual doğuran bir çox məsələlərə cavab versə də, ancaq yenə də aydınımızın düşüncəsində bir nağıl sevdası və özünütənqiddən yan keçmə var.

 

Dilavər bəyin də vurğuladığı kimi fəaliyyətdə olan televiziyalar problemlərin şözülməsi üçün demək olar ki, heç bir ideoloji baza yarada bilməyiblər. Əslində bu yarıtmazlığı təkcə televiziyalara şamil etmək düzgün deyil. Çünki cəmiyyətimizin bütün spektri bu konuda seyirçi mövqedə olub. Belə olan halda hansısa "Qarabağ TV"-nin bu vəzifəni layiqincə yerinə yetirəcəyinə mən inanmıram... Niyə? Birincisi, 1990-cı ildən ta bu günə qədər belə nağılları danışanlar çox olub. Və millət də müəyyən zaman kəsiyində yaxşıca uykuya dalıb.

İkincisi, "ideoloji baza"nın yaradılmasında tarixçi alimimizin də təmsil olunduğu Tarix İnstitutu və ümumilikdə Elmlər Akademiyası ortaya bir proqram qoymalı və proqram üzrə ardıcıl addımlar atmalıydı. Bu da atılmayıb. Hadisələrin üstündən 30 ilə yaxın bir vaxt keçib. İlləri lider obrazının mədhiylə bada verən dilnənçi ordenlilər məkanının aydınları da indi ayılıblar ki, bəs kitablar yazılmalıymış...

Bir 15 il bundan qabağın söhbətidir. Yazıçılar Birliyində keçirilən kitab təqdimatlarının birində tanınmış elm adamlarımızın, yazıçılarımızın, şairlərimizin iştirak etdiyi tədbirdə bu adamlar təəssüflə bildirirdilər ki, "qondarma erməni soyqırımıyla bağlı dünyanın aparıcı dillərində 100 minə yaxın kitab nəşr olunub ölkələrə yayılıb"...

 

Deyildi və üstündən daha bir 15 il keçdi. Ara-sıra kitablar istisna olmaqla ortaya heç nə qoyulmadı. Əvəzində “xalq yazıçıları”, “xalq şairləri” çoxaldı. Əcəba. Öyləs, bunlar hansı xalqın yazıçısı və şairidilər – xalqın dərdindən yazmaya-yazmaya!?

Bir əsrdə erməni qaniçənləri və rus cəlladları tərəfindən 6 dəfə (1905, 1918, 1948, 1990 20 Yanvar, Umudlu və Xocalı olmaqla ) soyqırımlara məruz qalan Azərbaycan türkünün gerçək durumuyla bağlı hanı bizim aydınlarımızın yazdıqları!?

Bir əsrdə rusun və erməninin fitnəsiylə 4 dəfə əlifbası dəyişdirilən xalqın başına açılan oyunla bağlı hanı bizim aydınlarımızın yazdıqları!?

 

Bir əsrdə erməni vandalları tərəfindən 4 dəfə deportasiyaya məruz qalan xalqın öz dədə-baba yurdundan didərgin düşmələriylə bağlı hanı bizim aydınlarımızın yazdıqları!?

8 dövlət arasında param-parça edilən Böyük Azərbaycanla bağlı hanı bizim aydınlarımızın yazdıqları!?

Yaxşı ki, ötən əsrin əvvəllərində Ordubadinin "Qanlı illər"iylə Hacıbəylinin ara-sıra yazıları olub….

 

O illərin gəncliyi 1988-ci ildə imperiyanın tanklarının önünə çıxanda 25-30 yaşlarında idilər. Və onları sovet istibdadı içərisində gizli fəaliyyət göstərən aydınlarımızın ideoloji kursu yetişdirmişdi. O illərin üstündən 30 il keçib. Əcəba, nədən həddindən artıq çox istədiyim və hörmət bəslədiyim Dilavər Əzimli və onun "Qarabağ TV" yaratmaq istəyən dostu Zaur bəy O DÖVRÜN DİLAVƏRLƏRİni yetişdirə bilməyiblər!?

Bax bu baxımdan mən haqqında danışılan TV-nin cəmiyyətimizə nəsə verəcəyinə inanmıram.

Obyektiv və subyektiv səbəblər ucbatından yetişən nəslə 30 illik tariximizi doğru-dürüst anlada bilmədiyiniz halda hansı hədəflərdən danışa bilərsiniz?

 

Əsgəri qələbəyə aparan yol onun mədəsidir. Qisasımızı alacaq potensial əsgərlərə anaları, ataları yalxı suyu qazanda qaynatmaqla yuxuya verib yatızdırırlar; yol pulu tapa bilmədiklərindən kilometrlərlə yolu istidə, şaxtada, sazaqda, küləkdə yalın ayaqla gedirlər; adamların gözü qarşısında xəstə övladları parasızlıqdan, dövlətin vətəndaşına sahib çıxa bilməməsi ucbatından əriyib gedir; imkansızlar göz yaşlarını gilələyib Allahın Özünə doğru daş timsalında tullayırlar; bu biçarə durumda Azərbaycan aydını da orden və medaldan ötrü min cür dona girməkdə, min cür riyakarlıq etməkdə; qaçqını, məcburi köçkünü, əlili, veteranı güzəşt və imtiyaz hayında; döyüşən Oğlanlar vətəndən didərgin salınmaqda; diplomlu övladlarımızdan qul bazarları təngə gəlməkdə......

 

Belə bir durumda hansı "ideoloji baza" formalaşdırmaq olar? Necə olur ki, “erməni xalqı bizim düşmənimiz deyil” deyən Polad Bülbüloğlunun, keçmiş qaçqınkom Əli Həsənovun, Bayram Səfərovun yetimlərinə bu məmləkətin bütün qapıları açıq olur, ancaq sadə camaatın övladının üzünə bütün qapılar bağlanır?!

 

Siz aydınlar öncə bundan başlamalısınız, öncə Vətənə sahib çıxacaq ərlərə, ərənlərə Vətənin onlara sahib çıxma düsturunun aksioma halında olmasını sübut etməlisiniz…

Bu prosesdə əngəllərin önlənməsi üçün bütün baryerləri aradan qaldırmağın yollarını aramalı, bütün neqativləri apaydın formada faş etməlisiniz…

 

Vətəndaşlıq qürurunu yaşamaq üçün hər bir kəsə imkan yaradılmalıdır, təkcə məmur övladları, imkanlı ailələrin uşaqlarına yox….

 

Övladı ata, atanı övlad, əri qadını qarşısında başıaşağı edən cəmiyyətdə min dənə TV yaransa da, düşmənə qarşı heç bir ideoloji cəbhə yaratmaq olmaz….

 

Bu “olmaz”lar aradan qaldırılandan sonra ideoloji bazanın formalaşması üçün heç bir TV-yə ehtiyac olmayacaq.

Qafqazda dövlət yaratmaq uğrunda ermənilərin mücadiləsi 1601-ci ildə çar Birinci Aleksandra edilən müraciətlə başladı. Və o zamandan biz itirə-itirə gəlirik. İtirdiyimiz torpaqları da “gələcək nəsil” alacaq deyirik. Üstündən 400 ildən çox vaxt keçib. İtirdiyimiz torpaqlardan bircə qarışını da ala bilməmişik. Son dövrlərdəki “qələbələr” istisnadır ona görə ki, “Azərbaycanda müharibə şəraiti davam edir”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

Klipi üçün 10 kilo çəki atdı

Nəsibə Zeynalovanın doğum günüdür