LAÇIN adıyla doğulan təqvim

01:35 27-08-2023 | icon 901 | Siyasət
LAÇIN adıyla doğulan təqvim

İqbal Ağazadə: "İndi o günün rəngi qara deyil, bayrağımızın al qırmızı rəngidir"

 

Ümid Partiyasının sədri İqbal Ağazadə şəxsi "facebook" hesabında Laçın şəhəri günü ilə bağlı paylaşım edib. İqbal bəy paylaşımında Göyçənin, Zəngəzurun da unudulmadığını vurğulayıb.

 
 
Versus.Az partiya sədrinin paylaşımını təqdim edir:
 
 
"26 avqust Azərbaycan tarixinə Laçın günü kimi düşdü...
 
 
Şəhər işğaldan tam azad oldu...
 
 
2020-ci ilin 8 noyabrına kimi qapqara günlərlə dolu olan təqvimimiz sanki yenidən doğuldu.
 
Bir millətin təqvimi onun tarixi haqda çox ciddi bilgi verir.
 
 
20 yanvar - Qanlı Gecə
26 yanvar - Daşaltı faciəsi
26 fevral - Xocalı genosidi
2 aprel - Kəlbəcərin işğalı
8 May - Şuşanın təslimi
18 May - Laçının süqutu
23 iyul - Ağdamın işğalı
23 avqust - Füzuli və Cəbrayılın təhvili
31 avqust - Qubadlının işğalı
30 oktyabr - Zəngilanın süqutu
 
 
Mən hələ Qaradağlı, Malıbəyli, Narışlar və onlarla digər kəndlərin faciəsini sadalamıram.
 
44 günlük savaş, 2-ci Qarabağ müharibəsi bizim yeni tariximizi yazdı.
 
Qara günlərimiz təqvimlərdən silindi. Torpaqlarımız işğaldan azad edildi. İndi hər işğala məruz qalmış şəhərimizin təqvimdə öz günü var - indi o günün rəngi qara deyil, bayrağımızın al qırmızı rəngidir.
Bu rəng şəhidlərimizin qanıdır, bu rəng azadlığın, demokratiyanın simvoludur, bu rəng sevinc, xoşbəxtlik rəmzidir.
 
 
26 avqust Laçınımızın günüdür...
 
Günün mübarək, şəhərim...
 
Gözün aydın, Azərbaycan...
 
Ruhun şad olsun, şəhidim...
 
Möhkəm ol, Əsgərim...
 
Torpağının hər qarışına sahib çıx, ey Vətən övladları...
 
 
Yaşadığımız tarix Miladi tarixidir, İsa peyğəmbərin doğuluşundan hesablanır...
 
Azərbaycanımız da 8 noyabrda yenidən doğuldu, Şuşalı, Laçınlı, Kəlbəcərli, Ağdamlı, Füzulili, Cəbrayıllı, Zəngilanlı, Hadrutlu Vətənə çevrildi.
 
 
Sıra Xankəndi, Xocalı, Xocavənd, Ağdərə, Əsgəranındır.
 
Hələ Təbriz, Urmiya, Xoy, Mərənd, Ərdəbil, Meşqin, Qaradağ və sair var.
 
Dərbənd, Borçalı yolumuzu gözləyir.
 
Göyçə, Zəngəzur unudulmayıb...
 
 
Torpaqların azad olunduğu tarix də yenidən doğulur, təqvimdə başqa günlərdən seçilir.
 
 
Bu gün həm də 26 avqustun doğum günüdür.
 
26 avqust təqvimdə LAÇIN adıyla doğuldu...
 
Günümüz mübarək..."
 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı