XƏBƏRDARLIQ

09:59 08-08-2018 | icon 474 | Sosial
XƏBƏRDARLIQ

Bakı Şəhər İcra Hakimiyyəti və Ekologiya v­ə Təbii Sərvətlər Nazirliyinin təşəbbüsü ilə Nizami Rayon İcra Hakimiyyətində geniş müşavirə keçirilib.

 

İcra Hakimiyyətinin mətbuat xidmətindən Versus.Az-a verilən məlumata görə, şəhərin müxtəlif rayonlarında fəaliyyət göstərən ictimai iaşə obyektləri, restoran, kafe, şadlıq sarayları tərəfindən atmosferi tullantılarla çirkləndirmə, yerləşdikləri ərazilərdə, xüsusilə sakinlərin kütləvi istarahət yerlərində ətraf mühitə ziyan vurmaları və vətəndaşların haqlı narazılıqlarına səbəb olan amillərə yol vermələri hallarının sayı artıb. Bununla əlaqədar Bakı Şəhər İcra Hakimiyyəti və Ekologiya v­ə Təbii Sərvətlər Nazirliyinin təşəbbüsü ilə Nizami Rayon İcra Hakimiyyətində geniş müşavirə keçirilib.

 

Müşavirədə qeyd olunub ki, ictimai iaşə obyektləri, restoran, kafe, şadlıq sarayları tərəfindən atmosferə tüstü buraxmaqla çirkləndirilir, həmçinin obyektlərin yerləşdiyi ərazilərdə ətraf mühitə ziyan vurulur, bəzi yerlərdə yaşıllıqlar məhv edilir, ağacların kəsilməsinə və ya qurumasına yol verilir. Obyektlərin yerləşdikləri ərazilərdə, xüsusən şənbə və bazar günlərində qoxu ilə müşayiət olunan tüstü yayılır ki, bu da insanlarda diskomfort yaradır, vətəndaşlar tərəfindən çoxsaylı şikayət və narazılıqların daxil olmasına səbəb olur. Bu obyektlərin fəaiyyətləri və insanların rahatlıqları arasında ziddiyətləri aradan qaldırmaq üçün həmin müəssisələrdə müvafiq təmizləyici cihazlar quraşdırılması təklif edilib.

 

Yaxın vaxtlardan etibarən Bakı Şəhər İcra Hakimiyyəti və Ekologiya v­ə Təbii Sərvətlər Naz­irliyinin əməkdaşları ilə birgə reydlərə başlanacaq, sakinlərin rahatlığını pozan, narahatçılıq yaradan iaşə obyektləri və sadlıq sarayları ilə bağlı qanunvericiliyin tələblərinə uyğun tədbirlər görüləcək.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı