65 yaşdan yuxarı şəxslərdən evdə qalmaları istənildi

12:31 25-09-2020 | icon 90 | Dünya
65 yaşdan yuxarı şəxslərdən evdə qalmaları istənildi

Rusiyada Moskva şəhər meri Sergey Sobyanin 65 yaşdan yuxarı şəxslərdən və xroniki xəstəliyi olanlardan evdə qalmalarını istəyib.

 

“Meduza” xəbər verir ki, həmin şəxslər ehtiyac olmadığı təqdirdə, sentyabrın 28-dək evdən çıxmamalı, məsafədən işləməli və ya məzuniyyət götürməlidirlər.

 

Onlar mümkün qədər az halda aptekə, mağazaya gedə bilərlər və bu zaman maska və əlcəkdən istifadə etməlidirlər.

 

Eyni zamanda, Sobyanin işəgötürənlərə müraciət edərək, mümkün qədər çox işçini məsafədən işə cəlb etmələrini istəyib. İş yerlərində sanitariya və epidemioloji təhlükəsizlik tədbirlərinə ciddi şəkildə riayət etmək tövsiyə olunub.

 

Bundan əlavə, Sobyanin nəqliyyatda, dükanlarda və digər ictimai yerlərdə maska və əlcək rejiminə ciddi riayət edilməsini də istəyib:

 

“Həqiqətən, heç birimiz builki yazın sərt məhdudiyyətlərinə qayıtmaq istəmirik. Ümid edirəm, özümüzə və yaxınlarımıza qayğı göstərsək, bundan yayına bilərik”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Karantin yenidən sərtləşdirildi

“Ərazilərimizin təkrar hücuma məruz qalmasına dözməyəcəyik”

Dövlət qurumlarında iş qrafiki dəyişdirildi

Atəşkəs dövründə 35-dən çox azərbaycanlı uşaq Ermənistan ordusu tərəfindən qətlə yetirilib

Təhsil müəssisələrində tətilin SƏBƏBİ

Bütün təhsil müəssisələrində tətil elan olundu

Kolleclərin boş qalan plan yerlərinə qəbul elan edilib

Füzulinin təhsil statistikası açıqlandı - FOTO

Füzuli işğaldan azad edildi

Nazirlik xəbərdarlıq etdi

“Yunanıstan Qarabağda işğalçı Ermənistana dəstək verməkdən əl çəkməlidir”

Mehriban Əliyeva Gəncədəki düşmən təxribatı ilə bağlı paylaşım edib

"Atəşkəs" = Qarabağ Azərbaycandır!

Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsindən 29 il ötür

“Gələn Müstəqillik Gününü zəfər alqışları ilə qeyd edəcəyik” - VİDEO