Bu tibb işçiləri və könüllülərə əlavələr ödənildi

12:40 25-09-2020 | icon 352 | Sağlamlıq
Bu tibb işçiləri və könüllülərə əlavələr ödənildi

Koronavirus pandemiyası ilə mübarizə tədbirlərinə cəlb edilən özəl tibb müəssisələrində çalışan tibb işçilərinə və könüllülərə iyul ayı üzrə 359 min manat müddətli əlavə ödənilib.

 

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən verilən məlumata görə, Nazirlər Kabinetinin 25 mart 2020-ci il tarixli 112 nömrəli Qərarına və 1 aprel 2020-ci il tarixli Sərəncamına uyğun olaraq Agentlik tərəfindən iyul ayı üzrə yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərinə cəlb edilən özəl tibb müəssisələrində çalışan 24 nəfər tibb işçisinə iş vaxtına mütənasib olaraq müddətli əlavə və 58 nəfər könüllüyə mükafat ödənilib.

 

Nazirlər Kabinetinin müvafiq qərarına uyğun olaraq COVID-19 infeksiyası ilə mübarizə tədbirlərinə cəlb edilən özəl tibb müəssisələrində çalışan işçilərin əməkhaqlarına müddətli əlavənin məbləği aylıq vəzifə maaşının 3, 4 və 5 misli məbləğində müəyyən edilib. Qərara əsasən, özəl tibb müəssisələrində çalışan 24 nəfər tibb işçisinə iyul ayı üzrə iş vaxtına/saatına mütənasib olaraq 44 242 manat məbləğində müddətli əlavə ödənilib. Qeyd edək ki, yekun məbləğdən işçi tərəfindən ödənilməli olan əməkhaqqına dair bütün tutulmalar hesablanır.

 

58 nəfər könüllüyə isə sözügedən sərəncama əsasən aylıq 250 manat olmaq şərtilə, iyul ayı üzrə ümumilikdə 14 500 manat məbləğində mükafat ödənilib. Bu məbləğdən əməkhaqqına dair tutulmalar hesablanmır.

 

Dörd ay ərzində ümumilikdə 158 nəfər tibb işçisinə iş vaxtına mütənasib olaraq ümumilikdə 321 251 manat məbləğində müddətli əlavə, 151 nəfər könüllüyə 37 750 manat məbləğində mükafat ödənilib.

 

TƏBİB tərəfindən avqust ayı üzrə siyahılar Agentliyə təqdim edildikdən sonra müddətli əlavə və mükafatların ödənilməsi həyata keçiriləcək.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Azərbaycanın daha bir qələbəsi

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI