MCP-yə siyasi məsələlər üzrə müavin gələcək

16:00 25-09-2020 | icon 369 | Siyasət
MCP-yə siyasi məsələlər üzrə müavin gələcək

Razi Nurullayev təklif irəli sürüb

 

Milli Cəbhə Partiyasının (MCP) sədri, deputat Razi Nurullayev yeni müavin təklif edib.

 
 
Versus.Az xəbər verir ki, bu barədə MCP sədri özü məlumat verib.
 
 
Razi Nurullayev özünün "facebook" hesabında yazır:
 
 
"Məhəmməd Əsədullazadənin Milli Cəbhə Partiyası sədrinin siyasi məsələlər üzrə müavini vəzifəsinə namizədliyini irəli sürdüm. İnanıram ki, partiyanın yaxın günlərdə keçirilən Siyasi şurasında təsdiq olunacaq".
 
 
Qeyd edək ki, Məhəmməd Əsədullazadə Vidadi oğlu Texniki Universiteti bitirib. 2011-ci ildən siyasi ekspert olaraq fəaliyyət göstərir. Bununla yanaşı siyasi araşdırma və analitika ilə məşğuldur. Cənubi Qafqaz Beynəlxalq Analitik Mərkəzinin sədridir. Ölkədə və regionda gedən siyasi proseslər barədə təhlillər yazir. Türkiyənin Qafqaz Araşdırmalar Mərkəzinin Azərbaycan üzrə ekspertidir. Ölkə və xarici mətbuatda daima siyasi məqalələr və siyasi təhlillərlə çıxış edir.
 
 
SEVDA
Versus.Az
 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

Baba Pünhanın vəfatından 20 il ötür

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

Azərbaycanın daha bir qələbəsi

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI