"Qaçqınkom" Prezidentin ayırdığı vəsaitin xərclənəcəyi istiqaməti açıqladı

22:07 25-09-2020 | icon 367 | Siyasət
"Qaçqınkom" Prezidentin ayırdığı vəsaitin xərclənəcəyi istiqaməti açıqladı

"Prezidentin ehtiyat fondundan ayrılan vəsait yeni əlavə yaşayış sahələrinin tikintisinə yönəldiləcək. Prezident İlham Əliyevin sentyabrın 25-də imzaladığı sərəncam məcburi köçkünlərin sosial problemlərinin həllinin dövlət siyasətinin prioritetlərindən olduğunu bir daha təsdiqləyir".

 

Versus.az xəbər verir ki, bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən məlumat verilib.

 

"Prezident İlham Əliyev sentyabrın 25-də “Məcburi köçkün ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” sərəncam imzalayıb.

 

Sərəncama əsasən, məcburi köçkün ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə 42,5 milyon manat ayrılıb. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə həmin sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə dayanıqlı sosial-iqtisadi inkişafın təmin edilməsi məcburi köçkünlərin problemlərinin kompleks həlli üçün geniş imkanlar açır. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində doğma yurdlarını tərk etməyə məcbur olan insanların sosial müdafiəsinin gücləndirilməsi, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, məşğulluğunun artırılması istiqamətində dövlət tərəfindən məqsədyönlü tədbirlər həyata keçirilir. Son illərdə dünyadakı iqtisadi və maliyyə böhranı, həmçinin bu ilin mart ayından etibarən davam edən koronavirus pandemiyası ölkəmizdə heç bir sosial layihənin, o cümlədən məcburi köçkünlərlə bağlı layihələrin icrasını dayandırmayıb.

Cənab Prezidentin təsdiq etdiyi Dövlət Proqramına və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın tapşırığı əsasında hazırlanmış Yol xəritəsinə uyğun olaraq məcburi köçkünlər üçün yeni yaşayış məhəllərinin inşası davam etdirilir.

Bu ilin sonunadək respublika ərazisində daha 5 yeni qəsəbə istifadəyə veriləcəkdir. Belə ki, Bakı şəhərinin Qaradağ rayonunda, “Ümid” qəsəbəsində 180 ailəlik məhəllə - istifadəyə hazırdır. Sabunçu rayonunun Ramanı qəsəbəsi ərazisində bütün sosial və texniki infrastrukturla təchiz olunmuş 1512 ailəlik, Samux rayonu ərazisində bütün sosial və texniki infrastrukturla təchiz olunmuş 200 ailəlik, Abşeron rayonunda, “Sumqayıt stansiyası” adlanan ərazidə bütün sosial və texniki infrastrukturla təchiz olunmuş 1890 ailəlik, Binəqədi rayonundakı Xocasən qəsəbəsində bütün sosial və texniki infrastrukturla təchiz olunmuş 810 ailəlik yeni məhəllələrdə iş davam edir", - Dövlət Komitəsindən bildirilib.

 

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Ən sürətli qol

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin