“Sosial şəbəkələr: milli maraqlar, siyasi və mənəvi məsuliyyət”

22:15 25-09-2020 | icon 353 | Siyasət
“Sosial şəbəkələr: milli maraqlar, siyasi və mənəvi məsuliyyət”

“XXI əsrin texnoloji nailiyyətləri sırasında ən mühüm əhəmiyyət kəsb edən məqamlardan biri informasiya texnologiyalarının ayrıca qolu olan sosial şəbəkələrin həm cəmiyyətin, həm də insanların həyatına ciddi şəkildə daxil olmasından ibarətdir. Hazırda cəmiyyət həyatını sosial şəbəkələrdən ayrı təsəvvür etmək mümkün deyil. Hər bir yeniliyin cəmiyyət həyatında daxil olarkən müsbət məqamları ilə yanaşı fəsadları da olur. Bunu sosial şəbəkələrin timsalında da görmək mümkündür”.

 

Versus.az -ın məlumatına görə, bunu Azərbaycan Respublikası Baş Nazirinin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov bu gün YAP İcra Katibliyində “Sosial şəbəkələr: milli maraqlar, siyasi və mənəvi məsuliyyət” mövzusunda keçirilən videokonfransda deyib.

 

YAP Sədrinin müavini qeyd edib ki, Azərbaycan cəmiyyətində də sosial şəbəkələr geniş yayılıb, cəmiyyətin və insanların həyatına öz təsirini göstərməkdədir: “Araşdırmalar nəticəsində sosial şəbəkələrin inkişafı, istifadəsi ilə bağlı dünyada və Azərbaycanda iki bir-birindən fərqli meyllər müşahidə olunur. Qlobal miqyasda “Facebook” və “Twitter” iştirakçılarının sayı artır. Belə ki, “Facebook” iştirakçılarının sayı 71 faizdən 75 faizə, “Twitter” istifadəçilərinin sayı isə 6 faizdən 6.4 faziə yüksəlib. “Youtube” və “Instagram” istifadəçilərinin sayı isə azalır. Azərbaycanda isə “Facebook” və “Twitter” kimi platformalarda iştirakçıların sayı azalır, “Youtube” və “İnstagram” iştirakçılarının və istifadəçilərinin sayı artır. Amma istənilən halda sosial şəbəkələr həyatımıza yeni çalarlar gətirib. Onun müsbət məqamları ilə yanaşı fəsadları da var. Dünyada bu mövzuda aparılan müzakirələrdə də iki meyl var. Bir tərəfdən, sosial şəbəkələrin rolu yüksək qiymətləndirilib onun istifadəçilərinin sayı genişlənirsə, digər tərəfdən bu platformanın cəmiyyət həyatındakı fəsadları da ciddi narahatlıq doğurur. Ona görə də, mənfi halların qarşısının alınması üçün sosial şəbəkələrin fəaliyyətində hüquqi tənzimlənmələrin yaradılması müzakirə olunur”.

Sosial şəbəkələrin yaratdığı mənfi hallardan danışan Əli Əhmədovun fikrincə, bunların birincisi sosial platformalar vasitəsilə yalan məlumatların kifayət qədər geniş yayılması, ikincisi, ziyanlı təbliğatın aparılmasına geniş imkanlar yaratması və üçüncüsü isə şəxsiyyətə qarşı mənəvi terror aparılmasıdır: “Belə hallara qarşı ictimai qınaq da effekt vermir. Bu xoşagəlməz halların qarşısının alınması üçün sosial şəbəkələrin fəaliyyəti ilə bağlı hüquqi tənzimləmə mexanizmlərinin yaradılması zərurətdir”.

 

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı