“Bir aydır şikayət etmişəm, DYP-nin vecinə deyil” - Əməkdar artist

22:32 25-09-2020 | icon 54 | Hadisə
“Bir aydır şikayət etmişəm, DYP-nin vecinə deyil” - Əməkdar artist

Əməkdar artist Nigar Şabanova Baş Dövlət Yol Polisi İdarəsindən şikayət edib.

 

Versus.az Axşam.az-a istinadən xəbər verir ki, açıqlama verən muğam ifaçısı bildirib ki, bir aydır onun idarə etdiyi “Mercedes” markalı avtomobilin dövlət nömrə nişanı başqa maşının da üzərində var:

 

“1 nömrə eyni vaxtda necə 2 maşında ola bilər? Mənə məxsus olan 90-SE-012 avtomobil nömrəsi “Honda” markalı maşının da üzərində var. Bu günlər ərzində 10 manat, daha sonra isə 40 manat cərimə ödəmişəm. Bir az əvvəl yenə cərimə gəldi. Kimdirsə keflə, ürəyi istədiyi kimi sürür, cərimələrini isə mən ödəyirəm. Yaxşı, mən cərimələri ödəyirəm, bəs bu adam sabah hansısa bədbəxt qəza törətsə, necə olacaq? Buna görə kim cavab verəcək?”.

Sənətçi bildirib ki, Dövlət Yol Polis İdarəsinə şikayət etsə də, problem həll edilməyib:

“Bir neçə dəfə ərizə ilə müraciət etmişəm. DYP-nin vecinə deyil. Məəttəl qalmışam. Belə özbaşınalıq necə baş verə bilər? Bu günlər ərzində heç bir yaxın ətrafımın köməyindən yararlanmadım. Şəxsi əlaqələrimdən istifadə etmədim. Gözləyirəm, görüm, bu məmurlar sıravi bir vətəndaşın şikayətini nə zaman həll edəcəklər? Mənim məmurum mənə vəzifəmə, sosial statusuma görə yox, sadəcə, vətəndaş olduğuma görə hörmət qoymalıdır. Əks halda onlardan məhkəməyə şikayət edəcəyəm”.

 

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Hanı bizim Rusiyadakı azərbaycanlılar, niyə səsləri çıxmır?”

Vaqif məqbərəsi Şuşanın işğalından əvvəl və indi - FOTO

DTX-dan erməni terroru təhlükəsi barədə XƏBƏRDARLIQ

“Tezliklə Füzuli rayonu ilə bağlı yaxşı xəbərlər gələcək”

Karantin yenidən sərtləşdirildi

“Ərazilərimizin təkrar hücuma məruz qalmasına dözməyəcəyik”

Dövlət qurumlarında iş qrafiki dəyişdirildi

Atəşkəs dövründə 35-dən çox azərbaycanlı uşaq Ermənistan ordusu tərəfindən qətlə yetirilib

Təhsil müəssisələrində tətilin SƏBƏBİ

Bütün təhsil müəssisələrində tətil elan olundu

Kolleclərin boş qalan plan yerlərinə qəbul elan edilib

Füzuli işğaldan azad edildi

Nazirlik xəbərdarlıq etdi

“Yunanıstan Qarabağda işğalçı Ermənistana dəstək verməkdən əl çəkməlidir”

Mehriban Əliyeva Gəncədəki düşmən təxribatı ilə bağlı paylaşım edib