Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının növbəti iclası

10:44 08-08-2018 | icon 644 | KİV
Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının növbəti iclası

 

 

Bu gün Azərbaycan Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının növbəti iclası keçirilib.

 

Versus.Az xəbər verir ki, toplantını komissiya sədri, Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli açaraq gündəlikdəki məsələlər barədə məlumat verib. Gündəlik səsə qoyularaq qəbul edilib.

 

Komissiya üzvləri ilk olaraq “Altes” Şirkətlər Qrupunun “1 news.az” İnformasiya Agentliyində şirkət barədə dərc edilmiş yazılarla bağlı şikayətini araşdırıblar. Şirkət təmsilçisi saytda yayımlanmış tənqidi yazılarda balans prinsipinin pozulduğunu, şirkətin mövqeyinin işıqlandırılmadığını bildirib. “1 news.az” təmsilçisi isə şirkətin mövqeyinin öyrənilməsi üçün müraciət etdiyini, lakin material hazırlanan anda lazımi rəyi ala bilmədiyini bildirib. Tərəflər şirkətin mövqeyini dərc etmək barədə razılığa gəliblər.

 

Müzakirəyə çıxarılan ikinci məsələ “Keşlə Futbol Klubu” PFK-nın “futbolinfo.az” və “futbolpress.az” saytlarına qarşı şikayəti olub. PFK Müşahidə Şurasının şikayəti qeyd edilən saytlarda yayımlanan tənqidi materiallarda “qarşı tərəfin mövqeyinin dərc edilməməsi”, “PFK Müşahidə Şurası sədrinin işgüzar nüfuzuna xələl gətirilməsi” olub. Məsələnin müzakirəsi zamanı müəyyən edilib ki, “futbolinfo.az” və “futbolpress.az” saytlarında yayımlanan və şikayət doğurmuş yazılarda “işgüzar nüfuza xələl gətirilməsi” hallarına yol verilməsi barədə iddialar təsdiqini tapmır. Balans prinsipinin pozulması halları mövcuddur ki, bunun aradan qaldırılması üçün sayt təmsilçilərinə tövsiyələr verilib. “Keşlə Futbol Klubu” PFK-ya isə media ilə əlaqələrində daha açıq olmaq, operativliyi artırmaq üçün daha müasir vasitələri tətbiq etmək tövsiyə edilib.

 

Zərdab rayon sakini N. Səmədovanın jurnalist B. Eminliyə qarşı şikayətini araşdıran Komissiya müəyyən edib ki, tərəflər arasında mübahisə doğuran məsələyə baxılması Mətbuat Şurasının funksiyalarına aid deyil. Tərəflərə tövsiyə edilib ki, uyğun qurumlara müraciət etsinlər

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Ən sürətli qol

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin