İşsizlikdən sığorta ödənişinin təyinatı ilə bağlı YENİLİK

11:40 26-09-2020 | icon 102 | Cəmiyyət
İşsizlikdən sığorta ödənişinin təyinatı ilə bağlı YENİLİK

Bundan sonra işəgötürənin ləğvi və ştatın ixtisarı nəticəsində işdən azad olunan şəxslərlə yanaşı müddətli əmək müqaviləsinin bitməsi nəticəsində işsiz qalan şəxslərin də işsizlikdən sığorta ödənişi almaq hüququ yarana bilər.

 

Versus.Az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “İşsizlikdən sığorta haqqında” Qanuna edilən dəyişiklik barədə dərc etdiyi məlumatda qeyd olunub.

 

Belə ki, bu, işsiz şəxslərin sosial müdafiəsinin gücləndirilməsinə və işsizlikdən sığorta ödənişlərinin əhatə dairəsinin genişləndirilməsinə yönələn addımdır.

 

İşsizlikdən sığorta ödənişi üçün müraciət etmək istəyən şəxslərin ilk olaraq “Məşğulluq” altsistemində (və ya müvafiq məşğulluq mərkəzinə müraciət etməklə) qeydiyyatdan keçməsi tələb olunur. Şəxs üçün münasib iş tapmaq mümkün olmadıqda ona işsiz statusu verilir və şəxs işsiz kimi qeydiyyata alındıqdan sonra sistemdə yerləşdirilmiş ərizəni təsdiq edir. Şəxsin müraciətinə 10 gün ərzində baxılır və sığorta ödənişinin təyin və ya imtina edilməsi barədə qərar çıxarılaraq  bu barədə məlumat onun elektron kabinetində yerləşdirilir və (və ya) qeyd edilmiş mobil telefon nömrəsinə bildiriş göndərilir.

 

İşsizlik sığorta ödənişləri iki halda təyin edilir:

- Dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi, işçilərin sayı və ya ştatların ixtisar edilməsi əsasında əmək müqaviləsinə xitam verilmiş şəxslər - ən azı bir il sığorta stajı olduqda,

- Əmək müqaviləsinin müddətinin bitməsi ilə əlaqədar əmək müqaviləsinə xitam verilmiş şəxslər işsizliyin başlanmasından əvvəlki ardıcıl gələn 36 təqvim ayı ərzində müddətli əmək müqaviləsi üzrə ən azı 35 ay sığorta stajı olduqda.

İşsizlikdən sığorta ödənişinin hesablanması qaydası isə aşağıdakı şəkildə aparılır:

-Dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi, işçilərin sayı və ya ştatların ixtisar edilməsi əsasında əmək müqaviləsinə xitam verilmiş şəxslər üçün sığorta ödənişi sığorta stajından asılı olmayaraq itirilmiş orta aylıq əməkhaqqının 50 faizi məbləğində,

-Əmək müqaviləsinin müddətinin bitməsi əsasında əmək müqaviləsinə xitam verilmiş şəxslər üçün isə işsiz kimi qeydiyyata alındığı tarixdən üç ay sonra - minimum aylıq əməkhaqqı məbləğində üç ay müddətində ödənilməsi nəzərdə tutulur.

 

Qeyd edək ki, qanuna edilimiş yeni dəyişikliyə əsasən işsizlikdən sığorta ödənişinin avtomatlaşdırılmış təyinatı mexanizminin yaradılması nəzərdə tutulub. Bu da işsiz şəxslərin müxtəlif sənədlər toplamasına və bu sənədlərlə hansısa quruma müraciət etməsinə ehtiyacı aradan qaldıraraq,  avtomatlaşdırılmış qaydada işsizlikdən sığorta ödənişinin təyinatına imkan verəcək.

Xəbər lenti

Türkiyə Prezidenti Avropanın sonunun yaxınlaşdığını bildirdi

“Müsəlmanlara qarşı cəbhə açan Avropa öz sonuna doğru hazırlıq görməyə başladı”

Türkiyə-Fransa arasında diplomatik qalmaqal başlayıb

Hərbi-hava qüvvələrimiz Ermənistanın tankları, sığınacaqları və dayaq məntəqələri məhv edib

Azərbaycan snayperi 19 düşmən hərbçisini məhv etdi - VİDEO

Ordu irəliləyir, Prezident müjdələr verir, üzümüz gülür...

“Övladınızı başqasının torpağında qan tökməyə, işğal etməyə göndərməyin” - MÜSAHİBƏ

“Ermənistanı təslimçi sülhə məcbur etməliyik...”

Laçın və Qubadlı rayonları Ermənistan ərazisindən raket-artilleriya atəşinə tutulur

"Bu, cənab Prezident tərəfindən verilən açıq mesaj idi"

“Onurğa sütununun əyilməsi nəticəsində daxili orqanların fəaliyyəti də pisləşir”

Eldar Həsənovun həbs qətimkan müddəti uzadılıb

“Təmas xəttini keçmək asan deyildi, lakin biz bunu etdik”

Ermənistan ərazisindən Qubadlı rayonu atəşə tutulur

Kəlbəcər rayonunun yeraltı və yerüstü təbii sərvətləri yenidən öyrəniləcək

“Düşmən hücumu nəticəsində yaralanan azyaşlı həlak oldu”

Düşmən Naftalan - Tərtər rayonlarını atəşə tutur

İrəli
InvestAZ

Ən çox oxunan xəbərlər

“Gələn Müstəqillik Gününü zəfər alqışları ilə qeyd edəcəyik” - VİDEO

“Azərbaycanın işğaldan azad edilmiş yaşayış məntəqələrinin sayı 78-ə çatıb”

Düşmən Tərtərdə pambıq emalı zavoduna raket zərbələri endirdi - FOTO/VİDEO

Xalqın günahı...

Xudafərin körpüsünün üzərində Azərbaycan bayrağı - VİDEO

Mehriban Əliyeva paylaşım etdi

Azərbaycan adından vəsait toplayırlar - XƏBƏRDARLIQ

İşğaldan azad edilən Zəngilanda Azərbaycan bayrağı qaldırıldı - VİDEO

“Zəngilan azad edildi”

Düşmənin Qubadlı istiqamətindəki bölmələri məhv edilib - VİDEO

“İnşallah böyük qələbəmizin sevincini yaşayaq”

Dövlət qulluğunda inzibati rəhbər vəzifələr üzrə müsabiqəyə qeydiyyat başa çatır

Direktor olmaq istəyən namizədlərin NƏZƏRİNƏ

"Qarabağın məşhur müəllimləri" layihəsinə başlanılır

Azərbaycan “İti qovan” istehsalına başladı - FOTO