"Ermənistanın siyasəti məhz stabilliyin pozulmasına yönəlib" - MÜSAHİBƏ

16:25 26-09-2020 | icon 239 | Siyasət
"Ermənistanın siyasəti məhz stabilliyin pozulmasına yönəlib" - MÜSAHİBƏ

Asim Mollazadə: "Biz gözləyirik ki, beynəlxalq təşkilatlar danışıqlar yolu ilə Ermənistanı sülhə məcbur etsin"

 

Sentyabrın 21-dən Rusiyada səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarovanın başçılıq etdiyi nümayəndə heyətinin Rusiyanın xarici işlər naziri Sergey Lavrovla baş tutan görüşü  müxtəlif aspektlərdə təhlil olunmaqdadır.

 

Qeyd edək ki, görüşdə “5 rayonun qaytarılması” ilə bağlı Lavrovun dediyi fikirlər sonradan inkar edilərək jurnalistlərin səhvi kimi təqdim olunsa da, tərəflərin bir-birinə qarşılıqlı etimadlarının çatdırılması öndə dayanır. Bu görüşün Bakı - Moskva əlaqələrində yeni səhifə açdığı qeyd olunur. Əgər bu gün Rusiya Ermənistanı silahlandırmaqda davam edirsə, hansı etimaddan söz gedə bilər və Rusiya regionda Azərbaycanla bağlı hansı yen planları cızır?

 

Versus.Az xəbər verir ki, deputat Asim Mollazadə müsahibəsində diqqəti spikerin Moskva görüşünün və Prezidentin beynalxalq platformaya ünvanladığı mesajlarının əhəmiyətinə yönəldib.

 

- Asim müəllim, parlament müstəvisində Rusiya ilə keçirilən görüşlər, eləcə də Azərbaycan Prezidentinin Ermənistanın təcavüzkarlıq siyasətini ifşa edən çıxışları, müraciətləri nəhayət Rusiyanı Ermənistanı Azərbaycana qarşı müharibəyə hazırlaşdırmaqdan uzaqlaşdıra biləcəkmi?

 

- Azərbaycan sərhədlərində yaranan gərginliyin fonunda istər parlament, istərsə də ölkə başçısının çıxışlarında beynəlxalq təşkilatlara ötürülən sərt mesajların böyük əhəmiyyəti var.

Parlament spikerinin Rusiya səfərini çox uğurlu səfər hesab edirəm. Rusiya Parlamentinin hər iki palatasının rəhbərləri ilə görüşü zamanı spikerin çox gözəl çıxışı oldu. Spiker fürsətdən istifadə edərək demək olar ki, Azərbaycanın haqlı mövqeyini açıqlaya bildi.  Eyni zamanda qeyd etmək istərdim ki, son vaxtlar Rusiyanın Ermənistana külli miqdarda silahın verilməsi bizim münasibətlərə, ümumiyyətlə bölgədəki  vəziyyətə kölgə salıb.  Prezident bu barədə həm Rusiyanın pezidenti ilə danışıqlarında, həm də beynəlxalq platformada, BMT  Baş Assambleyadakı çıxışında vurğuladı. Düşünürəm ki, özü –özlüyündə müharibəyə hazırlaşan Ermənistana belə bir dəstəyin verilməsi düzgün deyil. Minsk qrupunun həmsədri olan bu ölkə  bu istiqamətdə də yanlış siyasət aparır və əslində biz bütün beynəlxalq təşkilatlardan Ermənistanı cilovlamağı və ona müvafik sanksiyaları qəbul eləməyi gözləyirik. Çünki qonşu ölkənin ərazilərini işğal eləmiş Ermənistan getdikcə bu işğalı genişləndirmək barədə düşünür. Təbii ki, Azərbaycan silahlı qüvvələrinin Ermənistanın təxribatlarına layiqli cavab vermək üçün yetərincə gücü var. Amma yenə də mən tam əminəm ki, ATƏT, BMT kimi beynəlxalq təşkilatların borcudur ki, öz təməl sənədlərinə arxalanaraq müvafiq qərarlar qəbul etsinlər və təcavüzkarı saxlasınlar. Çünki Azərbaycan münaqişəni sülh yolu ilə həll etmək istəyir və Ermənistanın hər hansı bir təcavüzü çox ciddi cavabını alacaq. Ona görə də hesab edirəm ki, Rusiya bu proseslərdə ən azı kənarda durmalı, ya da Minsk qrupunun həmsədri kimi münaqişənin həlli ilə bağlı Azərbaycana kömək eləməlidir. Rusiya İran vasitəsi ilə Ermənistana silah çatdırılmasını dayandırmalıdır. Ən azı Rusiya tərəfdaş adlandırdığı ölkəyə qarşı belə münasibət sərgiləməməlidir.

 

- Spikerin Rusiya görüşü bu gözləntilərimizlə bağlı bizə hansı nəticəyə gəlməyə əsas verir.  Rusiya Ermənistanı dəstəkləyən mövqeyindən geri çəkilirmi, yaxud Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsi üçün Ermənistanla-Azərbaycanı döyüş meydanında tək buraxırmı?   

 

- Rusiya heç vaxt Ermənistanı tək qoymayacaq. Birincisi, bu ölkələr hərbi müttəfiqdirlər. İkincisi isə Ermənistan, ümumiyyətlə müstəqil ölkə deyil. Ermənistan Rusiayanın nəzarətində olan, sənayesini, enerji resurslarını, nəqliyyatını  idarə edən bir ölkədir. Ola bilər ki, Ermənistanın yeni rəhbərliyi müvəqqəti olaraq hansısa bir şoular keçirməklə özünü müstəqil bir dövlət kimi nümayiş etdirmək istəsin. Amma bu da heç nəyi ifadə eləmir. Son hadisələr də göstərir ki, Ermənistan bölgədə sadəcə olaraq bir hərbi platdarmdır. Ermənistanın siyasəti məhz stabilliyin pozulmasına yönəlib.

 

- Danışıqların bərpası mümkün ola bilərmi?

 

- Biz gözləyirik ki, beynəlxalq təşkilatlar danışıqlar yolu ilə Ermənistanı sülhə məcbur etsin. Bu olmalıdır. Konkret Ermənistana qarşı sərt qərarlar qəbul olunmalıdır. Əgər bu qərarların əsasında da Ermənistan sülhə gəlməkdən imtina eləsə Ermənistana qarşı çox ciddi sanksiyalar tətbiq olunmalıdır. Əks halda biz Ermənistanı sülh istiqamətində addım atmağa məcbur edə bilməyəcəyik.  

 

- Asim müəllim, Prezidentin bu gün Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi ilə görüşündə, eləcə də BMT Baş Assambleyanın 75-ci sessiyasının ümumi debatlarındakı videoformat çıxışında  Azərbaycanın ərazi bütövlüyünün heç vaxt danışıqlar mövzusu olmayacağı, Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasəti, beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozmasını qetd edırək bunu Ermənistanın durdurulmaması ilə əlaqələndirib. Bu, fikirlər BMT-nin informasiya portalında xüsusi xəbər kimi yer alıb. Nəhayət səsimiz eşidilirmi?

 

- Bəli, Ermənistan özünü ərköyün ölkə kimi aparır. Bu ərköyünlüyün səbəbi də bundan ibarətdir ki, çox zəngin, təşkilatlanmış dünya ölkələrində yerləşmiş erməni diasporası hökumətlərə, bu ölkələrin siyasətçilərinə  təsir eləmək imkanlarına malikdir. Çox vaxt bunun arxasında siyasi korrupsiya da durur. Ona görə də mən Prezidentin müsajlarını tam haqlı, güclü zamanında verilən mesajlar hesab edirəm. Düşünürəm ki, Prezident dünyanın ən yüksək kürsüsündən həqiqətləri bəyan etdi. O ki qaldı bundan sonra dünyanın bizim haqq səsimizə hansı reaksiyanı verməsinə, hesab edirəm ki, bu reaksiyanı yaratmaq lazımdır. Azərbaaycan bunun üçün bütün beynəlxalq təşkilatlarda davamlı işlər aparıb, həqiqəti dünyaya çatdırmaq üçün bütün imkanlardan istifadə edəcək. /hafta.az/

 

T.Qafarlı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Qənirə Paşayeva daha bir şəhidimizdən YAZDI

İlham Əliyev Azərbaycan xalqını təbrik etdi

Qəhrəmanın ömür yolu: Qubadlıdan Qubadlıya…

Qarakənd faciəsindən 29 il ötür

Hava kəskin dəyişəcək, qar gözlənilir - XƏBƏRDARLIQ

“O dəhşətli partlayışın səsi bir anlıq bizi yerimizdə dondurdu” - MÜSAHİBƏ

ADLAR DƏYİŞDİ - Quşçubaba kəndi Baharlı, Tsakuri kəndi isə Hünərli oldu

Mehriban Əliyeva Azərbaycan xalqını təbrik edib - FOTO

Rusiyanın nümayəndə heyəti Bakı və İrəvana səfər edəcək

Türkiyənin Nişantaşı Universiteti 20 şəhid ailəsi üzvünə təqaüd ayırdı

I Qarabağ müharibəsinə yaşı çatmayan RÖVŞƏN II Qarabağ müharibəsinin ŞƏHİDi OLDU

Ağdam mənim ana yurdumdur

Türkiyə hərbçiləri yaxın zamanlarda Azərbaycana yollanır”

40-dan çox erməninin içində üç saat mühasirədə qalan qazimiz - FOTO

“Vətən darda olanda ailə-uşaq, sevgili, nişanlı, ana-ata yada düşmür”