DTX-dən əməliyyat: Həbs olunanlar var - VİDEO

16:31 26-09-2020 | icon 478 | Hadisə
DTX-dən əməliyyat: Həbs olunanlar var - VİDEO

Dövlət Təhlükəsizliyi Xidmətinin həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına gətirilmiş külli miqdarda narkotik vasitələrin, psixotrop və güclü təsir edən maddələrin ölkə ərazisində qanunsuz dövriyyəsinin qarşısı alınıb.

 

Versus.Az xəbər verir ki, bununla bağlı DTX məlumat yayıb.

 

Azərbaycan Respublikasının vətəndaşları Hümbətov Vüqar Hüseyn oğlu və Əliyev Elnur Telman oğlunun satış məqsədilə qanunsuz əldə etdikləri külli miqdarda narkotik vasitələr - 19 kiloqram 736,04 qram heroin, 10 kiloqram 149,75 qram tiryək, 3 kiloqram 788,18 qram qurudulmuş marixuana, 104,44 qram metadon, psixotrop maddə - 19 kiloqram 786,10 qram metamfetamin və 75 qram güclü təsir edən maddə olan preqabalin onlardan aşkar edilərək götürülüb.

 

Faktla bağlı Dövlət Təhlükəsizliyi Xidmətində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən narkotik vasitə və psixotrop maddələrin qaçaqmalçılığı), 234.4.1 və 234.4.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələri əldə etmə, saxlama, daşıma və satma) 240.3.2-ci (külli miqdarda güclü təsir edən və ya zəhərli maddələrin qanunsuz dövriyyəsi) maddələri ilə cinayət işi başlanılıb, Hümbətov Vüqar Hüseyn oğlu və Əliyev Elnur Telman oğlu təqsirləndirilən şəxs qismində cəlb olunaraq barələrində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.

 

Hazırda qeyd olunan cinayət əməllərinin digər iştirakçılarının müəyyənləşdirilməsi istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

Nəsibə Zeynalovanın doğum günüdür