Təhsil Nazirliyi orta məktəblərdə koronavirusa yoluxma halları ilə bağlı son vəziyyəti açıqlayıb.

 

Versus.az-ın məlumatına görə, Nazirlikdən bildirilib ki, sentyabrın 26-da 51 şagird və 1 işçinin hərarəti 37 dərəcədən yuxarı olub.

Daha 10 şagird və 2 işçidə koronavirus aşkarlanıb.

 

Bu gün daha 1 sinif distant təhsilə keçirilib. Bununla da distant təhsilə keçirilmiş siniflərin sayı 12-yə çatıb.

 

Versus.az