"Nazilidən Tovuza könül körpüsü" – QARDAŞLIQ GECƏSİ

12:28 08-08-2018 | icon 509 | Cəmiyyət
"Nazilidən Tovuza könül körpüsü" – QARDAŞLIQ GECƏSİ

 

 Türk dünyasına çağırış

 

Qardaş Türkiyənin Nazili vilayətindən millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin rəhbəri Qənirə Paşayevanın dəvətilə Nazili bələdiyyə başqanının müavinləri, Naizli bələdiyyə məclisinin üzvləri, tanınmış aydınlar və folklor qrupunun üzvlərindən ibarət 32 nəfərlik nümayəndə heyətinin iştirakı ilə "Nazilidən Tovuza könül körpüsü" adlı möhtəşəm qardaşlıq gecəsi keçirilib.

 

Versus.Az-ın məlumatına görə,  Millət vəkili Qənirə Paşayevanın rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin və Tovuz rayon icra hakimiyyətinin təşkilatçılığı ilə keçirilən gecənin açılışıda ümummilli lider Heydər Əliyevin “bir millət, iki dövlət” düşüncəsini qeyd edən və cənab Prezident İlham Əliyevin qardaş Türkiyə ilə əməkdaşlığa hər zaman böyük önəm verdiyini deyən Tovuz rayon icra başçısı M.Məmmədov iki qardaş ölkə arasında bu cür tədbirlərin keçirilməsinin əhəmiyyətini xüsusi vurğulayıb.

Gecədə çıxış edən millət vəkili Q.Paşayeva Nazili bələdiyyəsinə onun təklifini müsbət qarşılayaraq bu ilin fevralında Nazilidə Qarabağ parkının və Xocalı Soyqırımı abidəsinin açılışına, göstərdiyi duyarlılığına görə bir daha təşəkkürünü bildirib və bu addımın bütün Türk dünyası bölgələri üçün gözəl bir örnək olduğunu deyib. Millət vəkili Q.Paşayeva çıxışında bu gün Türkiyədən olan dəyərli qardaş-bacılarımızla birlikdə burada bu önəmli tədbiri birlikdə qeyd etməmiz çox önəmlidir, eyni zamanda dosta da, düşmana da bir məsajdır deyərək torpaqlarımızın işğaldan azad olunacağı günün də uzaq olmadığını vurğulayıb:

 

“Arzu edirəm ki, gələn tədbirlərimizi Ali Baş Komandan, prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında birlik və bərabərlik içində işğaldan azad edəcəyimiz Dağlıq Qarabağımızda, Xankəndində, Xocalıda, Şuşada və digər o gözəl torpaqlarımızda qeyd edək”.

 

Bu gün Türk dünyasının müxtəlif bölgələrində türk kökənli insanların yaşadığı ağrılardan, əziyyət çəkdiyi problemlərdən danışan millət vəkili Qənirə Paşayeva güc birlikdədir və birlikdə bizə qarşı ədalətsizliklərə qarşı daha güclü mübarizə apara bilərik deyib:

 

“Bir türk xalqının, toplumunun problemi, bütün türk xalqlarının ortaq problemidir. Ona görə də Türk dünyasıyla bağlı məsələlərdə bir-birimizə hər zaman böyük dəstək olmalıyıq.”

Tədbirdə çıxış edən Nazili bələdiyyə sədrinin müavini Mustafa Akkaya Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir deyib və bundan sonra da hər zaman qardaş Azərbaycanın yanında olacağıq deyib. Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB tərəfindən Nazilidən gəlmiş nümayəndə heyətinin üzvlərinə Azərbaycan mədəniyyəti və tarixi ilə bağlı hədiyyələr təqdim edib. Nazili nümayəndə heyətinin üzvləri isə Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB sədri millət vəkili Q.Paşayevaya və rayon icra hakimiyyəti başçısına Nazili bölgəsini tanıdan hədiyyələr təqdim ediblər. Gecə Azərbaycanın tanınmış sənətçilərinin və Türkiyədən gəlmiş folklor qrupunun ifası ilə davam edib və böyük alqışlarla qarşılanıb.

 

Millət vəkili Q.Paşayevanın tədbirdə çıxış videosunun linkini burdan izləyə bilərsiniz.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

Nəsibə Zeynalovanın doğum günüdür

Klipi üçün 10 kilo çəki atdı