"Nazilidən Masallıya könül körpüsü" Masallıda

15:27 08-08-2018 | icon 305 | Cəmiyyət
"Nazilidən Masallıya könül körpüsü" Masallıda

Beynəlxalq ictimaiyyətə çağırış

 

Qardaş Türkiyənin Nazili vilayətindən millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin rəhbəri Qənirə Paşayevanın dəvətilə 32 nəfərdən ibarət nümayəndə heyəti “Nazilidən Azərbaycana könül körpüsü” layihəsi çərçivəsində Masallı rayonuna səfər ediblər. Nazili bələdiyyə başqanının müavinləri, Naizli bələdiyyə məclisinin üzvləri, tanınmış aydınlar və folklor qrupunun üzvlərindən ibarət 32 nəfərlik nümayəndə heyəti Masallı rayon icra başçısı Rafil Hüseynovla görüşüb.

 

Versus.Az-ın məlumatına görə, Masallı rayon icra başçısı Masallının tarixi, bugünki vəziyyəti, iqtisadi potensialı və imkanları barədə geniş məlumatlar verib.Bölgələri haqqında geniş məlumatlar verən Türkiyə nümayəndə heyətinin üzvləri millət vəkili Q.Paşayevanın Nazili bölgəsinə səfəri zamanı hər zaman bu bölgənin Azərbaycanın bölgələri ilə qardaşlaşması təklifi ilə çıxış etdiyini deyiblər və Azərbaycanın bölgələri, o cümlədən Masallı ilə qardaşlaşmanın çox gözəl bir addım olacağını qeyd ediblər.

 

Türkiyəyə qayıtdıqdan sonra təmsil etdikləri bölgənin Masallı ilə qardaşlaşması məsələsi üzərində işləyəcəklərini və yaxın zamanlarda qardaş bələdiyyələrin yaradılacağına ümidvar olduqlarını bildiriblər. Ümummilli lider Heydər Əliyevin “bir millət, iki dövlət” düşüncəsini qeyd edən və cənab Prezident İlham Əliyevin qardaş Türkiyə ilə əməkdaşlığa hər zaman böyük önəm verdiyini deyən Masallı rayon icra başçısı R.Hüseynov da qardaş Türkiyənin bölgələri ilə qardaşlaşmaqdan böyük məmnuniyyət duyacağını qeyd edib.

 

Masallının tarixi-mədəni abidələri, gözəl təbiət guşələri ilə yaxından tanış olan Türkiyəli qonaqlar rayon ziyalıları və gəncləri ilə də görüşüblər.

 

Daha sonra Masallıda rayon icra hakimiyyətinin, Regional Hüquqi və İqtisadi Maarifləndirmə İB-nin,Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB təşkilatçılığı ilə "Nazilidən Masallıya könül körpüsü" adlı tədbir və gecə keçirilib.

 

Rayonun mərkəzində ümummilli liderimiz Heydər Əliyevin adına parkda Regional Hüquqi və İqtisadi Maarifləndirmə İB-nin sədri Arzu Bağırovanın aparıcılığı ilə keçən gecədə A.Bağırova Nazili bələdiyyəsinə bu ilin fevralında Nazilidə Qarabağ parkının və Xocalı Soyqırımı abidəsinin açılışına görə bir daha təşəkkürünü bildirib və bu addımın bütün Türk dünyası bölgələri üçün gözəl bir örnək olduğunu deyib.

 

Tədbirdə çıxışında ümummilli lider Heydər Əliyevin “bir millət, iki dövlət” düşüncəsini qeyd edən və cənab Prezident İlham Əliyevin qardaş Türkiyə ilə əməkdaşlığa hər zaman böyük önəm verdiyini deyən Masallı rayon icra başçısı R.Hüseynov iki qardaş ölkə arasında bu cür tədbirlərin keçirilməsinin əhəmiyyətini xüsusi vurğulayıb. Millət vəkili Q.Paşayeva çıxışında bu gün Türkiyədən olan dəyərli qardaşlarımızla birlikdə burada bu önəmli tədbiri birlikdə qeyd etməmiz çox önəmlidir, eyni zamanda dosta da, düşmana da bir məsajdır deyərək torpaqlarımızın işğaldan azad olunacağı günün də uzaq olmadığını vurğulayıb:

 

“Arzu edirəm ki, gələn tədbirlərimizi Ali Baş Komandan, prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında birlik və bərabərlik içində işğaldan azad edəcəyimiz Dağlıq Qarabağımızda, Xankəndində, Xocalıda, Şuşada və digər o gözəl torpaqlarımızda qeyd edək”.

 

Bu gün Türk dünyasının müxtəlif bölgələrində türk kökənli insanların yaşadığı ağrılardan, əziyyət çəkdiyi problemlərdən danışan millət vəkili Qənirə Paşayeva güc birlikdədir və birlikdə bizə qarşı ədalətsizliklərə qarşı daha güclü mübarizə apara bilərik deyib:

 

“Bir türk xalqının, toplumunun problemi, bütün türk xalqlarının ortaq problemidir. Ona görə də Türk dünyasıyla bağlı məsələlərdə bir-birimizə hər zaman böyük dəstək olmalıyıq”.

 

 Tədbirdə çıxış edən Nazili bələdiyyə sədrinin müavini Mustafa Akkaya Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir deyib və bundan sonra da hər zaman qardaş Azərbaycanın yanında olacağıq deyib.

 

Masallı icra hakimiyyəti və Regional Hüquqi və İqtisadi Maarifləndirmə İB tərəfindən Nazilidən gəlmiş nümayəndə heyətinin üzvlərinə Azərbaycan mədəniyyəti və tarixi ilə bağlı hədiyyələr təqdim edib. Nazili nümayəndə heyətinin üzvləri də Masallı rayon icra hakimiyyəti başçısına, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB sədri millət vəkili Q.Paşayevaya və Regional Hüquqi və İqtisadi Maarifləndirmə İB -nin sədri A.Bağırovaya və Masallı ziyalılarına Nazili bölgəsini tanıdan hədiyyələr təqdim edib.

 

Gecə Azərbaycanın tanınmış sənətçilərinin və Türkiyədən gəlmiş folklor qrupunun ifası ilə və alqışlarla davam edib.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Yeni bir Çanaqqaladan keçirik”

Millət vəkili Boluda Türk dünyasına önəmli çağırışlar edib

Millət vəkili milli məclisdə iki mühüm çağırış edib

Onlar "hər zaman Azərbaycanın yanındayıq" dedilər

Pensiyalar artıb

"Bu, bütün müxalifətin çarəsiz etirafıdır"

Onları cərimələyəcəklər

ALDP sədrindən müstəqillik təbriki

"Bu suala cavab verməyə çətinlik çəkirəm"

Akif Nağı sədrlik vəzifəsini İlham İsmayıla təhvil verib

"Hər kəs eyni qaydada dəfn mərasimi keçirəcək"

Bu məhkumlarla bağlı qanun dəyişir

""Camaat nə deyər?!" prinsipi..."

Hər 100 hamilə qadından 30-u abort etdirir - SOS

Ölən qızın ağzına iri daş qoyulub - SƏBƏB?