Akif Nağı seçkilərə qatılacaq

15:46 17-02-2018 | icon 501 | Siyasət
Akif Nağı seçkilərə qatılacaq

 Bu gün Qarabağ Azadlıq Təşkilatı (QAT) Ali Məclisi və Ağsaqqallar Şurasının birgə iclası keçirilib. İclasda əvvəlcə təşkilati məsələlərə baxılıb, yeni seçilmiş rayon şöbə sədrləri Tofiq Sadıqov (Tovuz), Telman Qəhrəmanov (Ağstafa), Babək Sadıqov (Tərtər), Bəşir Hacıyevin (Xaçmaz) səlahiyyətləri təsdiq olunub, Məlahət Mürşüdlü, Vidadi Turablı, Rasim Hüseynov Ali Məclisə sərbəst üzv seçiliblər. QAT-ın bəzi yeni üzvlərinə üzvlük vəsiqəsi də təqdim olunub.

 QAT Mətbuat Xidmətindən Versus.Az-a verilən məlumata QAT sədri Akif  Nağının prezident seçkilərində iştirak etməklə bağlı təşəbbüsü müzakirə olunub. Hərtərəfli müzakirələrdən sonra Ali Məclis və Ağsaqqallar Şurası üzvlərinin əksəriyyəti Akif  Nağının seçkilərdə iştirakını məqsədəuyğun hesab edib və özlərini Akif Nağının namizədliyini dəstəkləyən təşəbbüs qrupu elan ediblər.

 Akif Nağı bu qərarlarla bağlı çıxış edib:

“Çıxışlarda seçkilərdə iştirak etmək və ya etməməklə bağlı kifayət qədər arqumentlər gətirilirdi. Sonda əksəriyyət seçkilərdə iştiraka səs verdi. Mən toplantı iştirakçılarının qərarına hörmətlə yanaşıram. Həm təşkilatımızda, həm də fikirlərinə hörmətlə yanaşdığım təşkilatdan kənarda olanların seçkilərdə iştirakla bağlı əks fikirlərinə də hörmətlə yanaşıram. Mənim seçkilərdə iştirakıma qarşı olanları da, hər kəsi də inandırıram ki, biz öz təşəbbüsümüzlə hərəkət edir və yalnız müsbət niyyət güdürük. Niyyətimiz Qarabağın hərbi yolla azad edilməsi ideyasının təbliğindən ibarətdir. Bizə süni maneələr yaratmasalar axıra qədər, ya da seçkilərin hansı mərhələsinə qədər buraxsalar, o yerə qədər ədalətli müharibə təbliğatı ilə məşğul olacağıq. İnanırıq ki, Azərbaycan hökmən müharibə yolunu seçəcək”.

LƏMAN
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı