“Azərbaycan Ordusunun, dövlətimizin yanındayıq”

13:54 27-09-2020 | icon 352 | Siyasət
“Azərbaycan Ordusunun, dövlətimizin yanındayıq”

“MMP olaraq bütün diqqətimiz Qarabağdadır”

 

Xəbər verdiyimiz kimi, bu gün səhər saatlarında Ermənistan silahlı qüvələri tərəfindən Azərbaycan ordusunun cəbhə zonasında yerləşən mövqeləri, Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çıraqlı və Orta Qərvənd, Füzuli rayonunun Alxanlı, Şükürbəyli və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndləri iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı arteleriya qurğularından intensiv şəkildə atəşə tutulmaqla, sıx şəkildə yaşayan mülki insanlar və obyektlər atəşə tutulub, Azərbaycan tərəf əks-hücum əməliyyatına başlayıb.

 

Artıq Azərbaycanın siyasi partiyalarında baş verənlər partiya rəhbərlərinin müzakirəsindədir. Versus.Az xəbər verir ki, Müasir Müsavat Partiyasında da hazırki vəziyyətlə bağlı müzakirələr aparılıb.

 

Partiyanın sədri Hafiz Hacıyev bildirib ki, MMP olaraq bütün diqqətimiz Qarabağdadır.

 

H.Hacıyev qeyd edib ki, şəxsən özü başda olmaqla partiyanın üzvləri ərazi bütövlüyümüz, sülh və əhalimizin əminamanlığı naminə son damla qanıına qədər vuruşmağa hazırdır.

 

“Ərazilərimizi işğaldan azad etmək əzmində olan Azərbaycan Ordusunun, dövlətimizin yanındayıq” - deyə, MMP sədri bəyan etdi.

 

Qeyd edək ki, MMP sədri bir müddət öncə Qazax, Tovuz, Ağstafa, Şəmkir rayon təşkilatının zabit heyətinin səfərbərliklə bağlı qeydiyyata alınması məsələsi ilə yaxından tanış olub. Bildirib ki, görüşlərdə partiyanın çoxlu sayda ehtiyatda olan zabitləri Vətən uğrunda döyüşə, vətənin müdafiəsinə qalxamağa hazır olduqlarını deyiblər.

 

SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol