Ali Baş Komandanın “Qarabağ Azərbaycandır!” – Zəfər əmri!

19:52 27-09-2020 | icon 748 | Siyasət
Ali Baş Komandanın “Qarabağ Azərbaycandır!” – Zəfər əmri!

Əliməmməd Nuriyev: "Bayrağımız Azərbaycanın bütün ərazilərində dalğalanacaqdır"

 

Sentyabrın 27-də Şanlı Ordumuzun ermənilərin cəbhəboyu törətdiyi təxribatlara, hücumlara cavab verərək, ərazimizi qorumaq üçün əks-hücum əməliyyatlarına başladı. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev bu gün bir daha əhaliyə müraciətində “Qarabağ Azərbaycandır!” – deyə Zəfər əmrini verdi.

 

Azərbaycan belə bir gərgin vəziyyətdə beynəlxalq təşkilatlar qarşısında Azərbaycan Konstitusiyasının tələblərini və beynəlxalq hüququn yol verdiyi şərtlər daxilində ədalətli, haqlı müharibə apardığını bir daha bəyan edir.

 

Bu gün Azərbaycan Ordusu hansı hüququndan istifadə edir?

 

Versus.Az xəbər verir ki, məsələ münasibət bildirən Konstitusiya Araşdırmaları Mərkəzinin rəhbəri Əliməmməd Nuriyev Azərbaycanın öz ərazilərində düşmənə qarşı apardığı müharibənin qanunla, beynəlxalq hüquqla təsbit olunduğunu  önə çəkib.

 

Azərbaycan torpaqlarınin 30 ildir işğal altında qaldığını deyən ekspert, torpaqlarımızın işğal altına alınmasını Ermənistanın Azərbaycana müdaxiləsi kimi qeyd edib.

 

Hüquqşünas bildirib ki, bu fakt BMT-nin bütün sənədlərində öz əksini tapıb.

 

“Azərbaycan torpaqlarının işğaldan azad olunması, Ermənistan silahllı qüvvələrinin ərazilərimizdən çıxarılması  ilə bağlı BMT-nin 4 qətnaməsi var və bu qətnamələr icra olunmurdu. Eyni zamanda dünyanın bir çox təşkilatları – İslam Əməkdaşlıq Təşkilatı, Avropa Şurası, Avropa İttifaqı çoxsaylı və regional təşkilatların  Azərbaycanın təcavüzə məruz qalması və Azərbaycan ərazilərinin işğalı ilə bağlı  qətnamələr qəbul edib. Avropa Məhkəməsinin Ermənistana qarşı Məhkəmə qərarında da Azərbaycan ərazilərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunması bəyan edilmişdi.  BMT-nin 51-ci maddəsində də göstərilib ki,  əgər bir ölkə təcavüzə məruz qalırsa özünü müddafiə etmək hüququna malikdir. Əgər kənardan müdaxilə baş verirsə, nəinki öz ərazisini, hətta ondan kənarda da özünün təhlükəsizliyini təmin etməlidir. Azərbaycan Ermənistanın bu cinayətlərinə qaşı sona qədər dözüm göstərə  bilməzdi. Prezident yaxın günlərdə BMT-nin Baş Assambleyasında çıxışı zamanı da qeyd etmişdi ki, bizim səbrimiz tükənib. Bildirmişdi ki, Azərbaycan əraziləri işğal altındadır və bu işğal altında olan ərazilərin boşaldılması ilə bağlı beynəlxalq qətnamələr icra olunmur. Əksinə Ermənistanın təcavüzü, təxribatları daha da genişlənirdi. Mülki əhali öldürülür, mülki obyektlərə atəşə tutulurdu.  Azərbaycan bütün bunlara qarşı öz cavabını verməli idi”.

 

Hüquqşünas bəyan edib ki, Azərbaycan Torpaqlarının işğaldan azad edilməsi bizim qanuni haqqımız, hüququmuzdur.

 

“Bu, beynəlxalq hüququn bizə verdiyi haqqdır. Bütövlükdə hər bir ölkə özünü qorumaq imkanına malik olmalıdır, işğal olunmuş əraziləri azad etməlidir. Dövlətin təhlükəsizliyini düşünən normal dövlət bunu etməlidir. Prezident  dəfələrlə Azərbaycanın bu istiqamətdə addımlar atacağı ilə bağlı dünya ictimaiyyətini, işğalçının özünü belə xəbərdar etmişdi. Amma bu çağırışlar heç bir nəticə vermirdi. ATƏT-in Minsk qrupu quru bəyanatları ilə kifayətlənirdi. Əksinin işğalçının Azərbaycanın ərazilərində məskunlaşdırması davam edirdi, ərazilərdə terrorçuların yerləşdirilməsi, Livandan, Suriyadan silahlı yaraqlıların gətirilməsi baş verirdi. Mütəmadi olaraq Paşinyanın, müdafiə nazirini  Azərbaycanın işğal altında qalan Şuşaya gəlməsi, Paşinyanın oğlunun Azərbaycan ərazilərində əsgəri xidmət keçməsi və onun arvadının əlinə silah alaraq Azərbaycanı hədəfə alması, qadınlardan ibarət hərbi dəstə yaradaraq Qarabağda təlimlər keçməsi, Ermənistanın cimayətkar əməllləri açıq aşkar növbəti təcavüzün növbəti təzahürləri idi.  Azərbaycan bu cür təhqiramiz münasibətə dözə bilməzdi. Bu baxımdan da Azərbaycan ordusu məcburən əks hücuma keçərək düşmənin müvafiq döyüş hissələrinə zərbələr endirməyə başladı. Azərbaycan Ordusu torpaqalarımız işğaldan azad edəcək. Bu artıq  uğurlu nəticələrlə bağlı, bir çox ərazilərin azad olunması ilə bağlı məlumatlar gəlməkdədir.   Azərbaycan ordusunuin düşmənin qüvvələrinə sarsıdıcı zərbələri davam edir”.

 

Ekspert hesab edir ki, bu gün Azərbayacan ordusu Ermənistan silahlı Qüvvələrinin Azərbaycana qarşı növbəti hücumlarının qarşısını alır.

 

“Bu gün Azərbaycan ərazilərinin 20 faizi işğal altındadır. Eyni zamanda Ermənistan Azərbaycana qarşı həbi təxribatlarını davam etdirir. Təkcə iyul ayında Ermənistan hərbi qüvvələrinin Tovuz istiqamətdə təxribat  törətməsi nəticəsində hərbi qulluqçularımızla yanaşı, mükli əhaliyə də zərər verilmişdi. Yaralananlar, ölənlər olmuşdu. Mülkü vətəndaşlara qarşı təxribatlar bu gün də davam edir və dinc əhali öldürülürdü. Belə olan halda Azərbaycan özünü müdafiə etməli idi".

 

Ə.Nuriyev Azərbaycan Prezidentinin bugünkü çıxışını bir daha xatırladaraq bildirib ki, Ordumuz hətta bu dönəmdə də Cenevrə Konvensiyasına əməl edir.

 

“Ordumuz işğalçıya xəbərdarlıq etdi ki, biz mülki obyektləri yox, yalnız düşmənin hərbi obyektlərinin sıradan çıxarmaq istiqamətində hərəkət edəcəyik. Yəni Azərbaycan Çenevrə Konvensiyasına əməl etməklə özünün müdafiə haqqını həyata keçirir. Və öz toroaqlarının işğaldan azad olunması ilə bağlı əks hücuma keçməlidir”.

 

Ekspert bəyan edib ki, Azərbaycan bu gün beynəlxalq təşkilatlara beynəlxalq hüquqla təsbit olunan qanunları təqdim edir.

 

“Azərbaycan Konstitusiyasına görə Azərbaycanın ərarzi bütövlüyü toxunulmazdır, Azərbaycan öz ərazi bütövlüyünü təmin etməldir, sərhədlərin dəyişməsi yolverilməzdir. Ərazi bütövlüyünün qorunması beynəlxalq hüququn təsbit etdiyi prinsipdir.

Azərbaycan məhz bu prinsipləri əsas tutaraq beynəlxalq konvensiyalara daxil olub. Və bu, BMT-nin bütün sənədlərində, eləcə də Azərbaycan Respublikasının Konstitusiyasında öz əksini tapmışdır. Torpaqlarını qorumaq, müdafiə etmək hər bir Azərbaycan vətəndaşının borcudur. Azərbaycan Prezidenti Azərbaycan ərazi bütövlüyünün təminatının qarantıdır və bu gün Ali BaşKomandanın Azərbayacn ərazilərinin işğaladan azad edilməsi ilə bağlı müfafiq əmri tam hüquqa malikdir. Bu gün ordumuz Konstitusiya hüququnun icarası ilə bağlı zəfər yürüşünə başlamışdır. Əminəm ki, biz qələbə sədalarını eşidəcəyik! Bayrağımız Azərbaycanın bütün ərazilərində dalğalanacaqdır! Allah ordumuzu qorusun! Allah Azərbaycanımızı qorusun, Azərbaycan xalqı bütövlükdə bu əks hücumun zəfərlə başa çatmasını gözləyir. Bu, vətən uğrunda savaşdır. Bura istisnasız bütün qüvvələr – ordumuz, zabitlərimiz, əsgərlərimiz, mülki əhalimiz siyasi partiyalar, vətəndaş cəmiyyətləri səfərbər olmalıdır, Azərbaycanın Ali baş komandanını əmrlərini sözsüz əməl etməlidir. Hər şey Qarabağ, hər şey vətən uğrunda olmalıdır!” /hafta.az/

 

T.Qafarlı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı