"Mülki şəxslərin atəşə tutulmasına son verməyi tələb edirik"

00:01 28-09-2020 | icon 294 | Siyasət
"Mülki şəxslərin atəşə tutulmasına son verməyi tələb edirik"

"Cari ilin 27 sentyabr tarixində Ermənistan silahlı qüvvələrinin artilleriya atəşi nəticəsində Azərbaycanın Naftalan rayonunun Qaşaltı kəndinin sakini, 1951-ci il təvəllüdlü Elbrus Qurbanov və onun dörd ailə üzvü, 1956-cı il təvəllüdlü Şəfayət Qurbanova, 2006-cı il təvəllüdlü Fidan Qurbanova, 2007-ci il təvəllüdlü Şəhriyar Qurbanov və 1981-ci il təvəllüdlü Afaq Əmirova həlak olublar. Ermənistan tərəfi Azərbaycanın mülki əhalisini və infrastrukturunu məqsədyönlü şəkildə hədəfə almaqla beynəlxalq hüququn norma və prinsiplərini, xüsusilə də beynəlxalq humanitar hüquq və 1949-cu il Cenevrə Konvensiyalarını kobudcasına pozur". 

 

Versus.Az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti idarəsinin açıqlamasında bildirilir.

 

"Ermənistan tərəfinin bu vəhşilik aktını qətiyyətlə qınayır, mülki şəxslərin atəşə tutulması və bu yolla dinc əhalinin qorxu içində saxlanılması cəhdinə son verməyi tələb edirik.

Beynəlxalq ictimaiyyət tərəfindən işğalçı ölkənin Azərbaycanın mülki əhalisini hədəfə alan müharibə cinayətləri əməllərinə son verməsini Ermənistandan tələb edilməsi zəruridir. 

Ermənistan silahlı qüvvələrinin təcavüz aktı nəticəsində həyatını itirmiş mülki şəxslərimizin yaxınlarına dərin hüznlə başsağlığı bildiririk", - deyə açıqlamada qeyd olunub.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Ermənistanın buqələmun siyasəti

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”