“Xüsusi konsepsiyalarımız var”

17:28 17-02-2018 | icon 491 | Siyasət
“Xüsusi konsepsiyalarımız var”

Versus.Az xəbər verir ki, Müasir Müsavat Partiyasının sədri, növbədənkənar prezident seçkilərinə namizədliyi irəli sürülmüş Hafiz Hacıyev moderator.az-a sosial-iqtisadi proqramın artıq hazır olduğunu deyib:

“Bizim artıq bütün sahələr üzrə proqramlarımız hazırdır. Sosial-iqtisadi sahənin də inkişafı ilə əlaqədar çox ciddi konsepsiyalarımız var. Bəziləri kimi kağız üzərində deyil, reallığı əks etdirən fikirlərimiz mövcuddur. Azərbaycan iqtisadiyyatını daha da yaxşı inkişaf etdirməkdən ötrü müasir və çevik hökumət lazımdır. Bir-birini təkrar edən, hər gün yeni agentlik açmaqdan söhbət getmir. Müasir tələbatlara cavab verən, dünya standartlarına uyğun olan qurumlar yaratmaq lazımdır ki, məsələlər həll edilsin”.
 
Hafiz Hacıyev hesab edir ki, çox ciddi kadrlardan ibarət beynəlxalq təcrübəyə əsaslanaraq Azərbaycan iqtisadiyyatını bir il müddətində qabaqcıl dövlətlərin səviyyəsinə çatdırmaq mümkündür:
 
“İstər ağır metallurgiya, istər nəqliyyat, istər kənd təsərrüfatı və digər sahələrə aiddir. Məsələn, bu gün bizim aluminium zavodlarımızın əksəriyyəti işləmir və əvəzində xaricdən aluminium alırıq. Yaxud Azərbaycanda balıqçılıq sahəsindən 30 faiz gəlir götürmək mümkündür. Heyvandarlıq, əkinçilik də eynilə bu istiqamətə aiddir”.
 
Hafiz Hacıyev qeyd edib ki, bütün bunlar reallıq üzərində qurulmalıdır:
“Bu sahələri inkişaf etdirmək üçün xüsusi konsepsiyalarımız var. Əgər mən prezident seçilərəmsə, bunlara nail ola və xalqımızı çətinliklərdən qurtara bilərik”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı