ALDP-dən bu partiyalara MÜRACİƏT

14:33 28-09-2020 | icon 354 | Siyasət
ALDP-dən bu partiyalara MÜRACİƏT

"Azərbaycan heç bir ölkəyə torpaq iddiası irəli sürməyib və..."

 

Azərbaycan Liberal Demokrat Partiyası (ALDP) Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü ilə bağlı əməkdaşlıq etdiyi Türkiyə Liberal Demokrat Partiyası (TLDP), Pakistan Xalq Partiyası (PXP), Ukrayna Liberal Demokrat Partiyası (ULDP), Belorusiya Liberal Demokrat Partiyası (BLDP), Rusiya Liberal Demokrat Partiyası (RLDP), Böyük Britaniya Liberal Demokrat Partiyası (BBLDP), Avstriya Liberal Demokrat Partiyası (ALDP) və Belçika Xalq Cəbhəsi Partiyasına (BXCP) müraciət edib.

 

Versus.Az xəbər verir ki, müraciətdə deyilir:

 

"2020-ci ilin sentyabrın 27-i Ermənistan silahlı qüvvələri atəşkəsi pozaraq Azərbaycan ərazisində geniş miqyaslı hərbi əməliyyatlara başlamışdı. Bunun nəticəsində hərbi qulluqçular və əhali arasında həlak olan və yaralananlar vardır.

Ermənistanın bu hərəkəti bütün beynəlxalq hüquq normaları və qəbul olunan konvensiyalara ziddir. Bu hərbi təcavüzə Ermənistanın hərbi-xunta rəhbərliyi bu ilin əvvəlindən hazırlaşırdı.

Baxmayaraq ki, beynəlxalq hüququ əsas tutaraq, biz işğalda olan torpaqlarımızı separatçılardan azad etmək üçün anti-terror əməliyatları keçirə bilərdik. Azərbaycan 30 ilə yaxındır ki, işğalda olan torpaqları azad etmək üçün sülh danışıqlarının tərəfdarı olub və bu danışıqlarda iştrak edib.

İndi bütün dünya Ermənistanın növbəti təcavüzə cəhd etməsibin şahidi olub!

Hörmətli həmkarlar, yazıb sizə bildiririk ki, Azərbaycan ordusu Ermənistanın yeni işğal niyyətinin qarşısını almaq üçün əks-hücuma keçib. Azərbaycan heç bir ölkəyə torpaq iddiası irəli sürməyib və Azərbaycan ordusu tarixi torpaqlarımızı işğaldan azad etmək üçün əks-hücuma keçərək hərbi əməliyyatları keçirir".

 

LƏMAN
Versus.Az   

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Baba Pünhanın vəfatından 20 il ötür

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

Azərbaycanın daha bir qələbəsi

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI