Beynəlxalq Dialoq və İnkişaf Alyansı BƏYANAT yayıb
"Ermənistana qarşı ciddi sanksiyalar tətbiq etməyə və təcili tədbirlər görməyə çağırırıq"
Beynəlxalq Dialoq və İnkişaf Alyansı işğalçı Ermənistanın Azərbaycana qarşı növbəti 27 sentyabr 2020-ci ildə hərbi hücum təxribatı ilə bağlı bəyanat yayıb.
Ermənistan BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrini və digər nüfuzlu beynəlxalq təşkilatların qətnamələrini və çağırışlarını məhəl qoymur, beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozur. Ermənistanın bölgədə yaratdığı potensial təhlükəli vəziyyət beynəlxalq təşkilatlar və sülhsevər dövlətlər tərəfindən kəskin şəkildə pislənilməli və Erməsintan təcavüzünə, işğal siyasətinə son qoymalıdır.
Beynəlxalq Dialoq və İnkişaf Alyansı olaraq, Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan torpaqlarından dərhal çıxarılmasını tələb edirik. Beynəlxalq təşkilatları və dünya birliyini Ermənistanın Azərbaycan ərazisində törətdiyi cinayətlərə lazımi hüquqi qiymət verməyə və beynəlxalq hüquq pozuntularının qarşısını almağa, Ermənistana qarşı ciddi sanksiyalar tətbiq etməyə və təcili tədbirlər görməyə çağırırıq".
Versus.Az
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"