Koronavirusdan qorunmaq üçün beş TÖVSİYƏ

15:10 28-09-2020 | icon 373 | Sağlamlıq
Koronavirusdan qorunmaq üçün beş TÖVSİYƏ

Mövsümi epidemiyaların gəlməsi ilə mümkün qədər çox maye içmək lazımdır. Bu zaman viruslar aktiv şəkildə məhv olurlar: onlar hidravlik zərbəyə dözə bilmirlər.

 

Versus.Az xəbər verir ki, bu barədə rusiyalı otolarinqoloq Vladimir Zaytsev virusların artdığı bir dövrdə koronavirusdan qorunmaq üçün tövsiyələrində bildirib.

 

Onun sözlərinə görə, bu mənada istənilən çaylar effektivdir.

 

Bundan başqa orqanizm kifayət qədər “C” vitamini ilə təmin edilməlidir. Bu vitamin sitrus meyvələrində, kividə, zəncəfildə və kələm turşusunda var.

 

“Əlavə olaraq C vitamini olan meyvələr - limon, laym, qreypfrut çaya əlavə edilə bilər. Bu zaman ikiqat fayda əldə ediləcək”, - deyə həkim əlavə edib.

 

O, həmçinin qida rasionuna müəyyən miqdarda göyərti də əlavə etməyi məsləhət görüb:

 

“Bu, bədəni vitaminlərlə təmin etməklə yanaşı, mədə-bağırsaq traktının təmizlənməsinə kömək edəcək”.

 

V.Zaytsev simptomlara laqeyd yanaşmamağı, xəstəliyin ilkin əlamətlərində həkimə müraciət etməyin vacibliyini də vurğulayıb:

“Xəstəliyə dözümsüzlük göstərməyin, o öz-özünə keçən deyil. Həkim sizə kömək edəcək”, - deyə o, sözlərini yekunlaşdırıb. /“Sputnik”/

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür