“Vətənpərvərlik, ümummilli səfərbərlik ab-havası hər birimizdə qürür yaşadır”
Nüşabə Məmmədova: “Ali Baş Komandanımızın ətrafında əsgər kimi səfərbərik”
“30 ildir Azərbaycanın beynəlxalq səviyyədə tanınmış 20 faizdən çox ərazisi Dağlıq Qarabağ və ətrafında olan yeddi rayon Ermənistanın işğalı altındadır. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevnin BMT tribunasından, BMT-nin Baş Assambleyasının 75-ci sessiyasındakı çıxışında Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasətini, Dağlıq Qarabağ münaqişəsinin regionda ciddi patensial təhlükə mənbəsyinə çevrilməsi faktını və bununla bağlı Azərbaycanın narahatlıqları çatdırılıb. Son hadisələr - 27 sentyabr səhər saatlarında baş verən erməni təxribatları bu narahatçılıqların nəticələri idi. Hər zaman olduğu kimi, bu dəfə də Ermənistan mülki əhaliyə, mülki obyektlərə atəş tutublar. Çox sayda ev və mülki obyekt ciddi şəkildə ziyan görüb. Ermənistan tərəfindən qəsdən yaşayış məntəqələri və mülki şəxslərin hədəf alınması 1949-cu il Cenevrə Konvensiyası da daxil olmaqla beynəlxalq humanitar hüququn kobud şəkildə pozulmasıdır”.
Bunu Versus.Az-a açıqlamasında Beynəlxalq Dialoq və İnkişaf Alyansının rəhbəri Nüşabə Məmmədova bildirib.
Bütün qeyd olunanlarla yanaşı, bu gün ölkəmizdə böyük milli ruh əhval-ruhiyəsinin yaşandığını qeyd edən Nüşabə Məmmədova bildirib ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında silahlı qüvvələrimiz Ermənistanın avantürist təxribatlarının, hücumlarının qarşısının alınması, torpaqlarımızın işğaldan azad olunması üçün öz rəşadətli missiyasını həyata keçirir ki, bu da Azərbaycan torpaqlarını işğaldan azad edilməsidir:
“Bu gün Azərbaycan cəmiyyətində olan vətənpərvərlik, ümummilli səfərbərlik ab-havası hər birimizdə qürür yaşadır, hər bir azərbaycan vətəndaşı, dünya azərbaycanlıları Ali Baş Komandanımız ətrafında əsgər kimi səfərbərik.
Qeyd edim ki, Beynəlxalq Dialoq və İnkişaf Alyansı olaraq biz işğalçı Ermənistanın Azərbaycana qarşı növbəti 27 sentyabr 2020-ci ildə hərbi hücum təxribatı ilə bağlı bəyanat yaymışıq. Bəyanat Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına, ATƏT Minsk Grupu ölkələrinin rəhbərlərinə - Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trumpa, Rusiya Fedearasiyasının prezidenti Vladimir Putinə, Fransa prezidenti Emmanuel Macrona göndərilib. Bu barədə mətbuata açıqlamalar da vermişik”.
PƏRİ
Versus.Az
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"