İstanbulda Azərbaycan Ordusuna dəstək aksiyası - FOTO

17:15 28-09-2020 | icon 319 | Dünya
İstanbulda Azərbaycan Ordusuna dəstək aksiyası - FOTO

Türkiyənin İstanbul şəhərində “Səninləyik, Azərbaycan!”, “Səninləyik, Qarabağ!” adı ilə Azərbaycana dəstək aksiyası keçirilir.

 

Versus.Az xəbər verir ki, tədbir İstanbul Türkiyə-Azərbaycan Dərnəyinin təşkilatçılığı ilə baş tutub.

 

Aksiyada Türkiyənin müxtəlif şəhərlərindən gələn diaspor təmsilçiləri, İstanbul İğdırlılar Dərnəyinin üzvləri, Avropa Azərbaycanlıları Konqresinin nümayəndələri iştirak ediblər.

 

İştirakçılar əllərində Türkiyə və Azərbaycan bayraqları, həmçinin, “Səninləyik, Azərbaycan!”, “Qarabağa azadlıq!”, “Yaşasın Türkiyə-Azərbaycan qardaşlığı!” və b. şüarların yer aldığı plakatlarla İstanbulun Etilər səmtində yerləşən Azərbaycanın İstanbuldakı Baş Konsulluğunun binasının qarşısına doğru hərəkət ediblər.

 

Diplomatik korpusun qarşısında toplaşan həmvətənlərimiz müxtəlif şüarlar səsləndiriblər.

 

Dərnəyin rəhbəri Səfər Karakoyunlu dünyanın bütün ölkələrində yaşayan həmvətənlərimizi və türk qardaşlarımızı həmrəliyə səsləyib. O, Ermənistanın hüquq müstəvisi qarşısında hesabat verməyə çağırıb.

 

S.Karakoyunlu həmvətənlərimizi erməni təxribatlarına qarşı diqqətli olmağı və bu həssas günlərdə səbirli olmağa səsləyib.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı