“Qarabağ Azadlıq Təşkilatı bütün üzvləri ilə səfərbərdir”

17:41 28-09-2020 | icon 89 | Siyasət
“Qarabağ Azadlıq Təşkilatı bütün üzvləri ilə səfərbərdir”

Akif Nağı: “Dövlət bizim təcürbəmizdən hansı istiqamətdə istifadə etməyi məsləhət bilsə, o istiqamdətdə çalışmağa hazırıq”

 

“Tərtər-Ağdam bölgəsindəyik, döyüşlər elə dünənki gərginlikdə davam edir. Dünən Quzanlı qəzəbəsində bir şəhidin dəfnində iştirak elədik. Bu gün də bir şəhidimizin dəfnində iştirak etməyə gedirik. Yaralananlar, evləri dağılanlar, heyvanları tələf olanlar  var. Mərmilər evlərin kənarlarına düşür. Buna baxmayaraq əhalinin əhval-ruhiyyəsi yüksək səviyyədədir. Heç bir təşviş yaşanmır, bu vəziyyəti çox soyuqqanlı qarşılayırlar. İnsanlar 30 ildir torpaqlarının işğaldan azad olunması ilə bağlı gözlədikləri bu zəfər yürüşündən qürur duyurlar. Azərbaycan dövləti ilə xalqın birliyi ortadadır. Torpaqlarımızın işğaldan azad olunması bu birlikdən keçir”.

 

Versus.Az xəbər verir ki, bu barədə döyüş bölgəsindəki əhalinin durumu, müharibə ilə bağlı hansı hissləri yaşamaları ətrafında  açıqlama verən Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı bildirib.

 

A.Nağı bu gün beynəlxalq aləmdən, eləcə də Rusiya, ABŞ, Fransadan verilən bəyanatların Azərbaycanın bu zəfər yürüşünü dayandırmaq gücündə olmadığını bildirib:

 

“Beynəlxalq təşkilatlar nə deyirsə desin. Torpaqlarımız 30 ilə yaxındır ki, işğal altındadır, 27 ildir guya atəşkəs elan olunub.  Bu illər torpaqlarımız işğal altında qala-qala Ermənistan özünü ərazilərimizdə çox həyasızcasına aparıb. Qarabağa gəlib orda yallı gedir, inaqurasiya keçirirdi. Niyə beynəlxalq təşkilatlar kor olub bunu görmürdü. Ona görə də bu gün heç bir beynəlxalq təşkilatın Azərbaycan dövlətinə deməyə sözü yoxdur. Çünki biz bu 30 il ərzində bütün beynlxalq öhdəlikləri yerinə yetirmişik.  Niyə işğalçı Ermənistan beynəlxalq təşkilatların qanunlarına, beynəlxalq konvensiyalara əməl etməyib və bu gün də onu qulaqardına alır. İşğal etdiyi ərazilərdə qanunsuz məskunlaşma, qanunsuz tikililər aparır, tarixi abidələrimiz dağıdır, seçki keçirir... Bunları görməyən beynəlxalq aləmin bu gün Azərbaycanın öz sərhədləri daxilində ərazilərini işğaldan təmizləmək üçün apardığı hərbi əməliyyatlara bir söz deməyə haqqı yoxdur. Bu gün güclü ordumuz və layiqli müttəfiqlərimiz də var. Azərbaycan rəhbərliyi beynəlxalq təşkilatların, dövlətlərin istənilən bəyanatını, təklifini rədd etməlidir”.

 

A.Nağı bildirib ki, bu gün yaranmış vəziyyətlə bağlı ayrı-ayrı rayonladan olan qazilər, QAT nümayəndələri döyüş bölgələrinə gedərək, bütün üzvləri ilə birlikdə döyüşə hazır olduqlarını bildiriblər:

 

“Qarabağ Azadlıq Təşkilatı bütün üzvləri ilə səfərbərdir. Dövlət bizim təcürbəmizdən hansı istiqamətdə istifadə etməyi məsləhət bilsə, o istiqamdətdə çalışmağa hazırıq”.

 

QAT sədri bildirib ki, bu zəfər yürüşündən qürurlanır və bunun sona qədər davam etməsini arzu edirlər:

 

“Bizim ən qorxduğumuz məsələ müharibənin torpaqlarımızın işğaldan tam azad olunmadan yarımçıq dayanmasıdır. Ən azından Xankəndini, Şuşanı azad etməliyik. Birinci mərhələdə istəyimiz budur ki, pozulmuş sərhədlərimiz tam bərpa olunsun.  Sonra da Azərbaycanın yerdə qalan ərazilərini geri almalıyıq. Bizim tələbimiz budur ki, axıra qədər gedilməlidir. Biz indi eşidirk ki, Ermənistanda mitinq keçirməyə, Paşinyanı devirməyə hazırlaşırlar. Neyniyirlər eləsinlər. Biz beynəlxalq təşkilatların nə deməsinə, nə Ermənistanın nə oyunlardan çıxmasına fikir verməli deyilik. Biz mövqeyimizi qoymuşuq və bu dəfə torpaqların azad olunmasına nöqtə qoymalıyıq”. /Hafta.az/

 

LƏMAN
Versus.Az

Xəbər lenti

Türkiyə Prezidenti Avropanın sonunun yaxınlaşdığını bildirdi

“Müsəlmanlara qarşı cəbhə açan Avropa öz sonuna doğru hazırlıq görməyə başladı”

Türkiyə-Fransa arasında diplomatik qalmaqal başlayıb

Hərbi-hava qüvvələrimiz Ermənistanın tankları, sığınacaqları və dayaq məntəqələri məhv edib

Azərbaycan snayperi 19 düşmən hərbçisini məhv etdi - VİDEO

Ordu irəliləyir, Prezident müjdələr verir, üzümüz gülür...

“Övladınızı başqasının torpağında qan tökməyə, işğal etməyə göndərməyin” - MÜSAHİBƏ

“Ermənistanı təslimçi sülhə məcbur etməliyik...”

Laçın və Qubadlı rayonları Ermənistan ərazisindən raket-artilleriya atəşinə tutulur

"Bu, cənab Prezident tərəfindən verilən açıq mesaj idi"

“Onurğa sütununun əyilməsi nəticəsində daxili orqanların fəaliyyəti də pisləşir”

Eldar Həsənovun həbs qətimkan müddəti uzadılıb

“Təmas xəttini keçmək asan deyildi, lakin biz bunu etdik”

Ermənistan ərazisindən Qubadlı rayonu atəşə tutulur

Kəlbəcər rayonunun yeraltı və yerüstü təbii sərvətləri yenidən öyrəniləcək

“Düşmən hücumu nəticəsində yaralanan azyaşlı həlak oldu”

Düşmən Naftalan - Tərtər rayonlarını atəşə tutur

İrəli
InvestAZ

Ən çox oxunan xəbərlər

“Gələn Müstəqillik Gününü zəfər alqışları ilə qeyd edəcəyik” - VİDEO

“Azərbaycanın işğaldan azad edilmiş yaşayış məntəqələrinin sayı 78-ə çatıb”

Düşmən Tərtərdə pambıq emalı zavoduna raket zərbələri endirdi - FOTO/VİDEO

Xalqın günahı...

Xudafərin körpüsünün üzərində Azərbaycan bayrağı - VİDEO

Mehriban Əliyeva paylaşım etdi

Azərbaycan adından vəsait toplayırlar - XƏBƏRDARLIQ

İşğaldan azad edilən Zəngilanda Azərbaycan bayrağı qaldırıldı - VİDEO

“Zəngilan azad edildi”

Düşmənin Qubadlı istiqamətindəki bölmələri məhv edilib - VİDEO

“İnşallah böyük qələbəmizin sevincini yaşayaq”

Dövlət qulluğunda inzibati rəhbər vəzifələr üzrə müsabiqəyə qeydiyyat başa çatır

Direktor olmaq istəyən namizədlərin NƏZƏRİNƏ

"Qarabağın məşhur müəllimləri" layihəsinə başlanılır

Azərbaycan “İti qovan” istehsalına başladı - FOTO