“Azərbaycan işğal olunmuş torpaqlarını əks-hücumla geri qaytarmalıdır”

18:12 28-09-2020 | icon 300 | Siyasət
“Azərbaycan işğal olunmuş torpaqlarını əks-hücumla geri qaytarmalıdır”

Qabil Hüseynli: “Nə Putinin, nə də erməni mənşəli Fransa vəziyyətə təsir edə bilməyəcək”

 

Bu gün Azərbaycan ordusunun öz ərazilərimizdə işğalçı Ermənistanın hərbi təxribatlarına qarşı apardığı əks-hücumu dost ölkələr və ictimaiyyət tərəfindən qürurla qarşılansa da, ikilistandartlı beynəlxalq təşkilatlar, güc dövlətləri növbəti “sakitləşdirici” həmlələrinə başlayıb. Böyük güclər illərdir Azərbaycanın ərazi bütövlüyünü pozan və sülh danışıqlarına gəlməyən təcavüzkar Ermənistana qarşı hələ də ciddi addımlar atmır, əvəzində isə regionda Azərbaycanın haqq işinin dayandırılmasına cəhdlər edirlər. Bu gün sosial ictimaiyyəti bir sual narahat edir: Azərbaycanın Ermənistanın işğalçı qüvvələri tərəfindən təhrik edildiyi müharibə nə vaxta qədər davam edəcək.

 

Regionun, Azərbaycanın qarşılaşdığı mövcud durum və digər dövlətlərin ölkəmizin haqlı addımına qarşı sərgilədiyi mövqe özünü nədə ifadə etməkdədir?

 

Versus.Az xəbər verir ki, mövcud vəziyyəti şərh edən politoloq Qabil Hüseynli bildirib ki, beynəlxalq təşkilatlar özlərinin əhəmiyyətsizliyini çoxdan sübuta yetiriblər.

 

“Beynəlxalq təşkilatların atəşkəsin dayandırılması və digər məsələlərlə bağlı bəyanatlarını həmişə eşitmişik” deyən Q.Hüseynli deyib ki, qulaqarımız onların buna bənzər bəyanatlardan döyənək olub:

 

“Bu qurumlar özlərinin effektsizliyini ört-basdır etmək üçün tez-tez belə bəyanatlarla çıxış edirlər. Amma görmək istəmirlər ki, Azərbaycan tərəfi 30 ilə yaxındır ki, ərazi bütövlüyümüzü bərpa etmək istəyir. Azərbaycan ədalətli müharibə aparır və torpaqlarını təcavüzkar, faşist dövlətin işğalından azad edir. İndiki halda Ermənistan Azərbaycana başqa yol qoymadı. Azərbaycan xalqının siyasi rəhbərliyi də əks-hücum əməliyyatına başlamaqla tamamilə haqlıdır. Haqq-ədalət Azərbaycanın tərəfindədir, çünki o, başqasının torpaqlarına hücum etmir, o öz torpaqlarını yağı düşmənin işğalından azad edir”.

 

Politoloq belə bir durumda beynəlxalq təşkilatların, Qərbin, Rusiyanın sərgilədiyi mövqenin birmənalı olmadığını deyib:

 

“Rusiya Ermənistanı bu ərazidə bir anklav kimi saxlayaraq Cənubi Qafqaza, hətta Yaxın Şərqə nəzarət etmək üçün bu bədbəxt ölkənin ərazilərindən istifadə edir və hər vəchlə müharibəni dayandırmağa çalışır. Rusiya Aprel döyüşlərində müharibəni dayandırmağa nail oldu. Amma indi vəziyyət, qüvvələr nisbəti dəyişib, Türkiyə Qafqazdadır və heç kim- nə Putinin, nə də erməni mənşəli Fransa vəziyyətə təsir edə bilməyəcək”.

 

Q.Hüseynli beynəlxalq aləmin Azərbaycan Ordusunun irəliləməsinə maneə törədəcəyi ilə bağlı nigarançılığı da əsassız sayıb. Bildirib ki, ölkə başçısının bu istiqamətdə sərgilədiyi qətiyyət sona qədər davam edəcək:

 

“Əvvəla ona görə ki, Azərbaycan Ordusu həmin ordu deyil.  Kifayət qədər güclənib, rəşadətli, mübariz və yüksək potensialı olan bir orduya çevrilib. Bu ordu axıra qədər mübarizə aparacaq və indiki döyüşlərin xarakteri də dəyişib. İndi canlı qüvvədən çox, texnikanın qüvvəsinə üstünlük verilir. Pilotsuz uçuş aparatları demək olar ki, müharibənin əsas vuran qüvvəsidir.  Azərbaycan bu sahədə tam üsütünlüyə malikdir”.

 

Politoloq bildirib ki, Rusiya proseslərə açıq surətdə qoşula bilməyəcək. Çünki Rusiyanın özünün Belarusla bağlı başı dərddədir və Qərb Rusiyaya qarşı sanksiyalara hazırlaşır:

 

“Qərbin, ABŞ-dan tutmuş, Almaniyaya qədər Fransa istisna olmaqla hüsnü-rəğbəti Azərbaycanadır. Qərb mətbuatının əksəriyyəti, xüsusən Almaniya mətbuatı açıqca qeyd edir ki, Azərbaycan işğal olunmuş torpaqlarını əks-hücumla geri qaytarmalıdır. Rus mətbuatının özü də Azərbaycanı çox ifşa edən “dozada” dayanmır, çalışır ki, mərkəzçi xətt tutsun. Hazırda Rusiyanın siyasi elitası Azərbaycana qarşı acıqlıdır və etdiyi təzyiqləri, təsirləri hədəfə dəymir. Türkiyə bu gün də bizimlə çiyin-çiyinədir və situasiyanın ümidverici cəhəti də bundan ibarətdir. Türkiyə Rusiyanın Cənubi Qafqazda “at oynatmasına” imkan verməyəcək. Tovuza hücumdan sonra  Rusiya İran vasitəsi ilə “hava körpüsü” yaradaraq Ermənistana tonlarla ölçülən silahlar göndərdi. Amma buna baxmayarq Türkiyə bizimlədir və əgər Rusiya müharibəyə müdaxilə etsə, qarşısında Türk Silahlı qüvvələrinin nümayəndələrini görəcək”. /hafta.az/

 

T.Qafarlı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür