“İnternet məhdidiyyəti informasiya almağa əngəl yaratmır”

18:51 28-09-2020 | icon 284 | Siyasət
“İnternet məhdidiyyəti informasiya almağa əngəl yaratmır”

Jalə Əliyeva: “Məlumatların yalnız bir qaynaqdan verilməsi daha əhəmiyyətlidir”

 

“Əgər bu gün sərhəddən uzaq rayonlarımızda da atəş səsləri eşidilirsə və insanlarımız səfərbərdirsə, deməli müharibə gedir. Müharibənin də öz şərtləri var. O şərtlərə əməl etmək hər birimizin borcudur”.

 

Versus.Az xəbər verir ki, bunu internetin məhdudiyyətli verilməsi və sosial şəbəkələrin dondurulması ilə bağlı yaranmış vəziyyəti açıqlayan millət vəkili Jalə Əliyeva bildirb. 

 

Deputat hesab edir ki, ölkədə açıq döyüşlərin getdiyi bir vaxtda informasiyaların da “sücgəcdən” keçirilməsi çox mühüm amildir:

 

“Bəlkə də insanlar ordan-burdan eşitdikləri xəbərləri sosial şəbəkələrdə yaymaqla istəmədən, bilmədən düşmənin əlinə bəhanə verə bilər. Yaxud, düşünülməmiş, yalan ajotaj xarakterli hər hansı bir məlumatın yayılması sadəcə ölkə insanın fikrini çaşdırmağa xidmət eləmir, eyni zamanda düşmən dəyirmanına  su səpmək kimi də qəbul edilə bilər”.

 

J.Əliyeva bu mənada hesab edir ki, ümumilikdə təşvişin yaradılmaması üçün inanılmış dövlət orqanının rəsmi məlumatlarına söykənilməlidir:

 

“Dünəndən Müdafiə Nazirliyi digər rəsmi orqanların nümayəndələri ilə birlikdə brifinqlər keçirərək insanları hər dəqiqə məlumatlandırır. Məlumatların yalnız bir qaynaqdan verilməsi daha əhəmiyyətlidir. Hər kəsin düşündüyünü, eşitdiyini sosial şəbəkələrdən xəbər kimi paylaşması düz deyil. Təbii ki, internet əsrində yaşadığımız bir dövrdə belə məhdudiyyətlə davam etmək hər birimiz üçün çətindir. Ancaq onu da unutmamalıyıq ki, hazırda müharibə gedir. Mən aran rayonları olan Zərdabı, Ucarı təmsil edirəm. İnsanlar xoş bir həyacan içərisində cəbhədə baş verənləri izləyir. Belə olan şəraitdə insanlarımıza düzgün informasiyanın verilməsi daha doğrudur”.

 

J.Əliyeva bu gün sosial şəbəkələrlə çıxışın dayandırılmasının məlumatların xarici ölkələrə, beynəlxalq ictimaiyyətə ötürülməsinə maneə yaradacağı ilə bağlı fikirləri də bölüşmədi. Onun fikrincə, xarici mənbələr o informasiyaları elə bizim rəsmi qaynaqlardan, eləcə də saytlardan, portallardan götürə bilərlər. Bunun üçün heç bir əngəl yoxqdur. /hafta.az/

 

T.Qafarlı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Azərbaycanda Ramazan bayramı qeyd olunur

Bakıdakı yeni metro stansiyasından GÖRÜNTÜLƏR

Öz prinsiplərinə sadiq, xarizmatik insan...

MDU rektoru və əməkdaşları şəhid məzunların ailələrini ziyarət edib

Şuşanın Turşsu qəsəbəsinə köçün tarixi AÇIQLANDI

Azərbaycanda Ramazan bayramı münasibətilə namaz qılınıb

Gəncə idmanında yeni mərhələ

Xüsusi təyinatlıların təlimindən YENİ KADRLAR

Muradın 17 illik sevgi etirafı

Çimərlikdə naməlum məxluqun cəsədi tapıldı

Ağırlıqqaldıranımız Dünya Kubokunda üç gümüş medal qazandı

Dieqo Simeone İtaliyaya dönmək istəyir

Ömrü uzadan məşğuliyyətlər

Lyuis Həmiltondan karyerası ilə bağlı açıqlama

Tibb elminə həsr olunmuş ömür...