Azərbaycanda yaşayan əcnəbilərin nəzərinə

11:39 29-09-2020 | icon 351 | Cəmiyyət
Azərbaycanda yaşayan əcnəbilərin nəzərinə

Dövlət Miqrasiya Xidməti müraciət yayıb.

 

Versus.Az xəbər verir ki, müraciətdə bildirilir:

 

“Nazirlər Kabinetinin 28 sentyabr 2020-ci il tarixli, 359 nömrəli Qərarı ilə ölkə ərazisində xüsusi karantin rejiminin müddəti 2020-ci il 2 noyabr saat 06:00-dək uzadılıb.

 

Əcnəbilərin nəzərinə çatdırırıq ki, Dövlət Miqrasiya Xidmətinin göstərdiyi bütün xidmətlərlə bağlı müraciətlərin qəbulu “ASAN xidmət” mərkəzlərində, “ASAN xidmət” mərkəzləri olmayan şəhər və rayonlarda regional miqrasiya idarələrində (Xaçmaz, Yevlax, Ağsu, Lənkəran, Şirvan regional miqrasiya idarələrində), həmçinin www.migration.gov.az saytı üzərindən elektron qaydada həyata keçirilir.

 

Müvəqqəti olma müddəti (viza müddəti və ya 90 gün) artıq 60 gün uzadılmış əcnəbilərin ölkədə olması, dövlət sərhədində hərəkətlə bağlı məhdudiyyətlər aradan qaldırılanadək əlavə müraciət olmadan və dövlət rüsumu ödənilmədən qanuni hesab olunur.

 

Karantin müddətində Xidmətin (012) 919 Çağrı Mərkəzi həftə sonları (3 və 4, 10 və 11, 17 və 18, 24, 25 və 31 oktyabr və 1 noyabr 2020-ci il tarixlərində) məhdud sayda əməkdaşla və rejimdə fəaliyyət göstərəcək. Odur ki, göstərilən tarixlərdə müraciətlər Xidmətin rəsmi internet səhifəsindəki onlayn bələdçi, həmçinin MigAz mobil tətbiqi vasitəsilə də ünvanlana bilər.

 

Əlavə məlumat üçün Xidmətin (012) 919 Çağrı Mərkəzinə zəng edə bilərsiniz”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...