"Azərbaycan daha qətiyyətli olacaq və bu əzmkarlığını sona qədər davam etdirəcək" - MÜSAHİBƏ

14:35 29-09-2020 | icon 350 | Siyasət
"Azərbaycan daha qətiyyətli olacaq və bu əzmkarlığını sona qədər davam etdirəcək" - MÜSAHİBƏ

Jalə Əliyeva: "Əks-hücum əməliyyatları Azərbaycanın qələbəsi ilə başa çatacaq"

 

30 ildir Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti davam edir. İşğalçı dövlət Azərbaycanın daxilində sağalmaz qarayara kimi ölkəmiz, region, dünya üçün təhlükə olaraq qalır. Azərbaycan artıq illərdir öz sərhədləri daxilində xain, vandal, faşizm ideologiyası ilə yaşayan Ermənistanın yeni torpaq iddialarının qurbanına çevrilmək niyyətində deyil. Ermənistanın Azərbaycanın sərhədləri daxilində etdiyi cinayətlərin cavabını verir və sentyabrın 27-də erməni təxribatına qarşı başladığı əks-hücumla Vətən Uğrunda savaş elan edib. Azərbaycan artıq beynəlxalq təşkilatların regionda bəslədiyi işğalçı Ermənistanın bizim ərazilərimizdə at oynatmasına imkan verməyəcək. Ordumuzun Zəfər yürüşü davam edir!..

 

 

Versus.Az xəbər verir ki, millət vəkili Jalə Əliyeva müsahibəsində Azərbaycan Ordusunun ərazilərimizin təmizlənməsi istiqamətində keçirdiyi əməliyyatları yüksək qiymətləndirərək, bəzi nüanslara diqqət çəkib. 

 

- Jalə xanım, Azərbaycan Ordusunun işğal altında qalan ərazilərimizin işğaldan azad olunması ilə bağlı keçirdiyi əks-hücum əməliyyatı və belə bir ərəfədə vətəndaşlarımızın savaş əhval-ruhiyyəsini necə qiymətləndirmək olar?

 

- Bu gün qürur, xoş həyacan hissi yaşayırıq. 30 ildir Qarabağdan gözlədiyimiz xəbərləri şanlı ordumuzun güclü iradəsi sayəsində almağa başlamışıq. Azərbaycanın hər bir insanı, vətəndaşı bu gün müsəlləh əsgər kimi cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin ətrafında toplanaraq bir nəfər kimi öz sözünü deməyə hazırdır. Bu ruh yüksəkliyini, bu qətiyyəti insanlarımızda görürük. Azərbaycan insanları öz torpaqlarını hər zaman qorumağa hazırdır. Biz illərlə torpaqlarımızda işğalçılıq siyasəti aparan Ermənistan siyasi hakimiyyətini sülhə dəvət etmək üçün danışıqlar aparıb, məsələnni sülh yolu ilə həll etməyə çalışdıq. Biz humanistlik göstərdikcə, sülh çağırışları etdikcə işğalçı hərbi təxribatlartını daha da çoxaltdı. Ona görə də Ali Baş Komandanımızın da dediyi kimi, əgər bütün çarələr tükənirsə Azərbaycan nə etməlidir, əlbəttə ki, beynəlxal qanunların verdiyi hüquqa söykənərək öz torpaqlarını azad etmək üçün müharibəyə hazır olmalıdır. Biz bunu son illər ərzində bir neçə dəfə sübut etdik. İstər 2016-cı il aprel döyüşlərində, istərsə də dünyanın pandemiya ilə uğraşdığı bir vaxtda  işğalçı Ermənistanın dövlət sərhəddini pozaraq Tovuzda hərbi hücumu zamanı. Və bu gün də bütün dünyaya sübut edildi ki, Azərbaycan istəyərsə, Prezidentin də dediyi kimi bir gündə Ermənistana daxil olub Yerevanda da otura bilər. Amma illərdir bunu etmədik, çünki qan axıdılmasını istəmədik. Bizim müharibə istəmədiyimizi bütün dünya gördü və sübut olundu ki, Azərbaycanın heç kimin torpağında gözü yoxdur. Lakin mən bu gün Prezidentdin Ermənistanın hərbi qüvvələrinə verdiyi sualı təkarar edirəm: bəs sənin Azərbaycan ərazilərində nə işin var?! Hər halda bütün dünya bu həqiqəti görür,  anlayır və əminik bu, son günlərdəki hərbi yürüşlərimiz, iki gündür davam edən əks-hücum əməliyyatları Azərbaycanın qələbəsi ilə başa çatacaq. Üçrəngli bayrağımız çox qısa zamanda işğal olunmuş bütün ərazilərimizdə yenidən dalğanacaq. Allah ordumuza yar olsun!

 

- Amma bu gün verilən bəyanatlardan görünür ki, 30 ildir susan beynəlxalq təşkilatlar Azərbaycanın öz ərazilərində haqlı müharibənin davam etməsini istəmirlər. ATƏT-in Minsk Qrupunun həmsədr dövlətləri təcavüzkarın Azərbaycan torpaqlarınadan rədd olmasını tələb etməkdənsə, yenə də işğalçını işğala məruz qoyulan Azərbaycanla bir tutur, tərəfləri atəşkəsə çağırıb, danışıqları bərpa etdirməyi təklif edirlər...

 

- Zatən ikilistandartlarla çıxış edən ölkələr və bəzi təşkilatlar illərdən bəri bu münaqişənin həllini məhdudlaşdırmaqla məşğul idilər. Sırf bu münaqişənin nizamlanması istiqamətində yaradılan ATƏT-in Minsk Qrupunun heç bir fəaliyyət göstərmədiyi hamımıza bəllidir. Bu barədə illərdir fikirlərimizi bildirir və Minsk qrupunun nizamlanma missiyasını yerinə yetirmədiyini deyirik. Gəlin görək, Minsk Qrupu bu illər ərzində nə etdi, Azərbaycanda sülhün bərqərar olunması, qaçqınların öz doğma yurdlarına qaytarılması üçün hansı qəti addımlar atdı? Təbii ki, heç bir addım atmadı. Onun işi sadəcə regiona turist səfərləri edib, boş-boş bəyanatlar verməklə bitdi. Ən əsası da Azərbaycan torpaqlarının işğal faktı ortada olduğu halda Ermənistana heç bir təsir göstərilmədi. Onlar sadəcə danışıqların uzanmasından başqa heç nəyə nail olmadı. Biz bunu bütün cəsarətimizlə açıq şəkildə deyirik. Heç birimizə sirr deyil ki, erməni işğalçılarının dəyirmanına su tökən qüvvələr, ölkələr, təşkilatlar var və əlbəttə ki, bu “birliklərindən” çıxış edərək, yenə də bu problemin həllini dalana dirəmək əzmindədirlər. Onlar bunu çox gözəl anlayırlar ki, əgər Azərbaycan ordusu bir neçə gün də belə davam edərsə, Ermənistanın tam bir məğlubiyyəti ilə başa çatacaq. Bunun üçün də əllərindəın gələn imkanlarla əks-hücumun qarşıaını almağa  çalışırlar. Biz düşünürük ki, Azərbaycan budəfək addımlarında daha qətiyyətli olacaq və bu əzmkarlığını sona qədər davam etdirəcəkdir. Çünki ölkə Prezidenti Azərbaycanın məhz öz ərazilərində hərbi əməliyyatlar apararaq, torpaqlarımızı işğal edən erməni hərbi qüvvələrinə qarşı mühribə apardığımızı qəti şəkildə bəyan edib.

 

- Jalə xanım, məlumdur ki, Tovuza edilən erməni təxribatından sonra Türkiyə Azərbaycanı dəstəkləyən bəyanatlarala çıxış etdi.  Sentyabrın 27-də başlanan zəfər yürüşündən sonra da “Azərbaycan nə zaman istəyərsə, Türkiyə onun yanında olacaq”- deyə bəyan etdi. Belə bir ərəfədə bu hərbi birlikdəlik real olaraq özünü nə dərəcədə ifadə edə bildi?

 

- Bu gün heç kəsə sirr deyil ki, Türkiyə və Azərbaycan “bir millət, iki dövlət” şüarı ilə qardaş, müttəfiq dövlətlərdir. Bu müttəfiqlik Azərbaycan və Türkiyənin bütün sahələri üzrə inkişaf edir. Dövlətlərimizin rəhbərləri ordu quruculuğu, ölkələrimizin müdafiəsi sahəsində fikirlərini açıq şəkildə bildirmişlər. Türkiyənin ayağına dəyən daş bizim ürəyimizə dəyir, Azərbaycanın ayağına dəyən daş Türkiyənin ürəyinə dəyir. Ərdoğanın dünənki açıqlaması da çox müsbət və dünyaya verilən bir mesaj, dostluğun, qardaşlığın ifadəsidir. Lakin Türkiyə bu prosesdə insiativi Azərbaycana buraxır. Yəni bəyan edir ki, Azərbaycan hansı şəkildə istəyərsə, Türkiyə onun yanında olmağa hazırdır. Tayyib Ərdoğan bu ifadə ilə özünün dövlət maraqları ilə Azərbaycanın maraqlarını eyni müstəviyə çıxarmış oldu.

Digər tərəfdən, Türkiyənin beynəlxalq aləmdə özünün götürdüyü öhdəlikləri var. Əlbəttə bu, bizim sadə insanımızın gözlədiyi asan və sadə proses deyil. Bunun üçün beynəlxalq hüquq, beynəlxalq tərəfdaşlıqlar var. Əlbəttə ki, hər zaman beynəlxalq hüququn qərarlarına hörmətlə yanaşan Azərbaycan bölgəyə hər hansısa ordunun dəvət olunması məsələsində də çox diqqətlidir. Və əlbəttə ki, sabaha da hesablanmış siyasət həyata keçirir.

 

- Bu gün Azərbaycana qarşı Ermənistan tərəfindən həyata keçirilən hərbi təxribat, Azərbaycan torpaqlarının işğalı, sərhədlərimizin pozulması faktı 30 ildir davam edir. Azərbaycan ictimaiyyəti ölkəmizə qarşı hansı siyasətin yeridildiyini bilir və bu prosesi uzun illərdir təhlil edərək, münaqişənin uzadılmasından bezib. Və artıq müharibə ilə torpaqlarını yağı düşməndən azad etmək istəyir. Belə bir vaxtda xarici ölkələrdə yaşayan azərbaycanlıların bu məsələ ilə bağlı həmin ölkələrdə apardığı təbliğat işi hansı formada gerçəkləşə bilir və Ermənistanın təcavüzkarlıq siyasətini dünyaya nə dərəcədə çatdıra bilir?

 

- Bu çox əhəmiyyətli bir məqamdır. Ermənistan Türkiyəyə qarşı heç bir zaman mövcud olmayan soyqırım iddialarını, eləcə də Azərbaycana qarşı bütün iddialarını dünyaya qəbul etdirmək üçün lobbi, diasporalarının gücündən çox böyük ustalıqla istifadə edir. Əvvəllər Azərbaycanın ölkədən kənarda apardığı təbliğatı, nə qədər çalışsaq da erməni təbliğatının önünə keçə bilmirdi. Çünki bunun üçün mütəşəkkil, formalaşmış bir diaspora, lobbiçilik fəliyyəti qurulmamışdı. Və ölkədə yaşayan azərbaycanlılarla münasibətlərin qurulması, onların öz ölkəsini dayaq olaraq arxasında görməsi, eyni zamanda Azərbaycanın maraqları naminə çalışması üçün mütəşəkkil qaydada iş aparılmalı idi. Son zamanlar ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə dünya Azərbaycanlılarının Qurultayı keçirilməyə başladı və dünya həqiqətləri dünyaya yayılmağa başladı. Bu gün son 3 gün ərzində də Azərbaycan diaspora təşkilatlarının, xaricdəki birlikləri Azərbaycanla bərabər olmaq üçün öz səylərini göstərirlər. Biz bunu görürük, izləyirik. Bizə hər tərəfdən çoxsaylı müraciətlər daxil olur. Çoxları gəlib döyüşlərində iştirak etmək istəyirlər. Hesab edirəm ki, damarında azərbaycanlı qanı olan insan harada yaşamasından asılı olmayaraq ölkəsinin yanındadır. Düşünürük ki, onlar yaşadıqları ölkələrdə Azərbaycanla bağlı daha qətiyyətli, daha peşəkarcasına mübarizə aparmalarıdır. Bu mübarizə mətbuat vasitəsi ilə informasiyaların ötürülməsi, keçirilən görüşlər və sair tədbirlərlə ictimai rəyin formalaşmasına xidmət etməlidir. Əlbəttə ki, bu istiqamətdə fəaliyyətimizi gücləndirməliyik. Bu, Azərbaycanımız və Azərbaycanın yanında olanlar üçün şox əhəmiyyətlidir. /Hafta.az/

 

Tahirə Qafarlı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Ermənistanın buqələmun siyasəti

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…