Tarixə ekskursiya: Madlen Olbrayt BMT TŞ-nin Qarabağ münaqişəsinə dair qətnaməsini oxuyur - VİDEO

08:49 30-09-2020 | icon 333 | Siyasət
Tarixə ekskursiya: Madlen Olbrayt BMT TŞ-nin Qarabağ münaqişəsinə dair qətnaməsini oxuyur - VİDEO

Sentyabrın 29-da BMT Təhlükəsizlik Şurasında Ermənistanın Azərbaycana qarşı hərbi təxribatı və Azərbaycanın cavab əməliyyatları müzakirə olunacaq.

 

Versus.Az Oxu.Az-a istnadən xəbər verir ki, 1993-cü il avqustun 18-də ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Madlen Olbraytın Təhlükəsizik Şurasında Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsini tələb edən BMT qətnaməsini oxuyub.

 

“Təhlükəsizlik Şurası rəhbərliyinin verdiyi səlahiyyət əsasında Təhlükəsizlik Şurasının bəyanatını elan edirəm. 
Sitat: “Təhlükəsizlik Şurası Azərbaycan Respublikası və Ermənistan Respublikası ərazi münasibətləri səbəbindən yaranan gərginliklə bağlı ciddi narahatlığını ifadə edir. 


Həmçinin Təhlükəsizlik Şurası Füzulu bölgəsində hərbi əməliyyatların şiddətlənməsi ilə əlaqədar olaraq narahatlığını ifadə edir.

 

Təhlükəsizlik Şurası bundan əvvəl Azərbaycanın Kəlbəcər və Ağdam rayonlarının işğalını pislədiyi kimi, Dağlıq Qarabağ ərazisindən Füzuli rayona hücumunu qınayır.

 

Təhlükəsizlik Şurası regionda sülh və sabitliyə təhlükə yaradan bütün hücumların dayandırılması, qoşunların işğal olunmuş ərazilərdən çəkilməsini tələb edir. Eyni zamanda təcili şəkildə Ermənistan silahlı qüvvələrinin qeyd-şərtsiz olaraq Füzuli, Kəlbəcər və Ağdam, eləcə də digər işğal olunmuş ərazilərdən çəkilməsini tələb edir.

 

Təhlükəsizlik Şurası Azərbaycanın və regiondakı digər dövlətlərin ərazi bütövlüyünü və onların sərhədlərinin toxunulmazlığını dəstəkləyir. O, bu düşmənçiliyin münaqişənin sülh yolu ilə həllinə çalışan Minsk Qrupunun Avropa Təhlükəsizlik Əməkdaşlığı Müqaviləsi konfransının qərarlarına təsir etdiyini dair ciddi narahatlığını dilə gətirir. Eyni zamanda bu, keçmişdəki münaqişənin yeni kəskinləşməsi mərhələsidir. 

 

Təhlükəsizlik Şurası 853-cü qətnaməsinin yerinə yetirməsini tələb edir. Bu qətnamə dövlətlərdən münaqişənin güclənməsinə və yaxud Azərbaycan Respublikasının ərazisinin işğal altında saxlanmasına kömək edə biləcək silah-sursatların göndərilməsinə qadağa qoyur”, - deyə Olbrayt bildirib.

 

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

Azərbaycanın daha bir qələbəsi

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu