"Dezinformasiyalar ictimai fikri çaşdırmağa xidmət edir"

18:36 30-09-2020 | icon 263 | Siyasət
"Dezinformasiyalar ictimai fikri çaşdırmağa xidmət edir"

Əlisahib Hüseynov: "İndi mübarizə təkcə real cəbhədə yox, həm də informasiya məkanında gedir"

 

"Ordumuzun uğurları sevindiricidir. Cəmiyyətimizdə də böyük ruh yüksəkliyi var. Orduya könüllü yazılmaq istəyənlərin sayı kifayət qədər çoxdur. Xalqımız tarixi Qələbə gününü gözləyir. Başlanan geniş miqyaslı əks-hücum əməliyyatları bizi o möhtəşəm günə yaxınlaşdırmaqdadır. Amma bu həssas məqamda informasiya təhlükəsizliyi məsələsinə də hər birimiz diqqətlə yanaşmalıyıq. Prezidentimizin də bildirdiyi kimi, düşmən tərəf "feyk" xəbərlər, dezinformasiyalar yaymağa can atır. İndi mübarizə təkcə real cəbhədə yox, həm də informasiya məkanında gedir".



Versus.Az xəbər verir ki, bunu açıqlamasında Milli Həmrəylik Partiyasının (MHP) sədri Əlisahib Hüseynov bildirib.

 

Partiya sədri qeyd edib ki, dezinformasiyalar, yalan xəbərlər ictimai fikri çaşdırmağa xidmət edir:

 

"Düşmən saytlarında yayılan uydurma videolarda, feyk-xəbərlərdə guya tanklarımızın, hansısa F-16 təyyarəmizin vurulub sıradan çıxarılmasından dəm vurulur. Amma bütün bunlar sadəcə cəfəngiyyatdır. Müdafiə Nazirliyimizin rəsmisinin də qeyd etdiyi kimi Azərbaycanın F-16 təyyarələri yoxdur, ermənilər olmayan təyyarəmizi necə vura bilərlər ki? Məlum məsələdir ki, sözügedən görüntülər həqiqəti əks etdirmir və ermənilər bu cür yersiz iddiaları ilə özlərini gülünc vəziyyətdə qoyurlar. Onların məqsədi cəmiyyətimizdə təşviş, xof hissi yaratmaqdır. Lakin düşmən bu məqsədinə nail olmayacaq. Çünki istər xalqımız, istərsə də Ordumuz yalnız və yalnız Qələbəyə köklənib və hərbi əməliyyatlar hər gün bizim yeni nailiyyətlərimizlə davam edir. Əksinə, bu saat ermənilər özləri qorxu içindədir. Çünki Ali Baş Komandanımızın qətiyyəti və Ordumuzun döyüş əzmi Ermənistan rəhbərliyinin və Dağlıq Qarabağdakı qondarma rejimin bütün təxribat və işğalçılıq planlarını
alt-üst edib.

İnşAllah yaxın günlərdə daha böyük qələbə xəbərlərini eşidəcəyik!"

 

LƏMAN
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı