Deputatdan ön cəbhə kəndlərindən olan tələbələr və kommunal güzəştlərlə bağlı TƏKLİF

00:35 01-10-2020 | icon 337 | Cəmiyyət
Deputatdan ön cəbhə kəndlərindən olan tələbələr və kommunal güzəştlərlə bağlı TƏKLİF

Millət vəkili Qənirə Paşayeva ön cəbhə kəndlərindən olan ödənişli əsaslarla ali təhsil alan gənclərin təhsil haqlarından azad edilməsi, ön cəbhə kəndlərinə kommunal güzəştlər də başda olmaqla bir sıra güzəştlərin edilməsi təklifi ilə çıxış edib.

 
 
Versus.Az xəbər verir ki, Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Milli Məclisin bugünkü iclasında çıxış edərək, "valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olan uşaqların himayəyə verildikdən sonra da ödənişli təhsil müəssisələrindəki təhsil haqqından azad edilməsinin qanunvericilikdə öz əksini tapmasını yüksək qiymətləndiririk" deyib. O, qanun layihəsinin çox humanist və vacib olduğunu vurğulayıb. 
 
 
Qənirə Paşayeva ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın valideyn himayəsindən məhrum olan uşaqların sosial müdafiəsi, təhsili, onların qayğıları yönündə örnəklər yaratdığını minnətdarlıqla qeyd edərək, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olan uşaqlara övladlığa verildikdən sonra da bu cür dəstək göstərilməsinin cəmiyyət tərəfindən müsbət qarşılanacağını bildirib. Millət vəkili öncəbhə
kəndlərindən olan və ödənişli əsaslarla təhsil alan tələbələrin də təhsil haqqından azad olunması təklifi ilə çıxış edərək, bunun vacibliyi ilə bağlı fikirlərini bölüşüb. 
 
 
Bununla diqqəti cəbhəyanı kəndlərdə yaşayan əhalinin sosial qayğılarına, o cümlədən həmin kəndlərdən olan, ödənişli ali təhsil alan tələbələrin qayğılarına yönəldən Komitə sədri, həmin kateqoriyadan olan tələbələrin təhsil haqqının dövlət tərəfindən qarşılanmasının bir neçə aspektdən təsirli olacağını deyib. Xanım Paşayeva bildirib ki, bu, ilk növbədə, cəbhəyanı kəndlərdə yaşayan əhaliyə sosial-iqtisadi dəstəyin bir forması olacaq; ikincisi, gənclərin öz diqqətini məhz təhsilə yönəltməsi, ixtisaslı kadr kimi formalaşaraq, doğma el-obada xidmətə həvəslənməsi ba­xımından faydalı olacaq.
 
 
Qənirə Paşayeva sərhədyanı kəndlərdə yaşayan əhali üçün bir sıra güzəştlərin, məsələn, kommunal xərclərdə endirimlərin tətbiqinin ümumi işin xeyrinə olacağını deyib. O, hökümətdən cəbhəyanı kəndlərlə bağlı təkliflərinin 2021-ci ilin dövlət büdcəsi layihəsində nəzərə alın­ma­sını xahiş edib.  
 
 
Cəbhəyanı kəndlərdə orta məktəb, uşaq bağçası, tibb məntəqəsi tikilməsi yaxud mövcud tiki­lilərin yüksək səviyyədə təmir-bərpa olunması, gərəkən avadanlıqlarla təchiz edilməsi barədə danışan Millət vəkili, eləcə də, işıq və qaz xətlərinin yenilənməsi, yolların asfaltlanması, yaxud mövcud sosial infrastruk­turun təmir-bərpa edilməsi məsələsinə də toxunub.
 
 
Qənirə Paşayeva qeyd edib ki, bugünlərdə Baş nazirin müavini Şahin Musta­fa­yev Tovuz rayonuna səfər edib, rayonun cəbhəyanı kəndlərini eləcə də, Qazax və Ağstafanın bir sıra cəbhəyanı kəndlərini ziyarət edib. Baş nazirin müavini Şahin Mustafayev Tovuzun kəndlərini ziyarəti zamanı, burada cənab Prezidentin tapşırığı ilə olduğunu deyib; sakinlərin, iyulda düşmən hücumu vaxtı öz yaşayış yerlərini tərk etmə­məsini, orduya mənəvi dəstək verməsini və göstərdiyi vətənpərvərliyi yüksək qiymətləndirdiyini deyərək, onlara Azər­baycan Prezidentinin salamlarını çatdırıb. 
 
 
Qeyd olunub ki, iyul döyüşləri vaxtı cəbhəyanı kəndlərin mülki  infra­struk­turuna, dinc vətəndşaların ev və təsərrüfatına dəymiş ziyanın aradan qaldırılması Prezidentin müvafiq Sərəncamı əsasında icra edilməkdədir. Baş nazir müavini bildirib ki, sakinlərin qaldırdığı digər həllivacib məsələlər də tezliklə öz həllini tapacaq.
 
 
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...