Mineral su TƏHLÜKƏSİ

09:13 01-10-2020 | icon 412 | Sağlamlıq
Mineral su TƏHLÜKƏSİ

Mineral suyun ciddi təhlükəsi müəyyən edildi.

 

“RİA Novosti” yazır ki, dietoloq Yelena Solomatina tibbi göstəricilər olmadan müalicə məqsədilə mineral suyun istifadəsinə qarşı xəbərdarlıq edib.

 

Bu barədə o, “Veçernyaya Moskva” qəzetinə məlumat verib.

 

Həkim sağlam insanın birdəfəlik mineral sudan istifadəsi zamanı təhlükənin olmadığını söyləyib.

 

“Digər məsələ, mütəmadi olaraq mineral suyun qəbuludur. O zaman müəyyən konsentrasiyalı duzların doyma prosesi gedir. Məsələn, mineral suların tərkibində olan duzlar bəziləri üçün xeyirli ola bilər, lakin digər insanların sağlamlığına keçirdiyi xəstəliklə əlaqədar olaraq zərər verə bilər”, - deyə mütəxəssis izah edib.

 

O, sağlam insanın gündəlik müalicəvi mineral sudan istifadə etməməsini, xəstə olanlara isə bunun zəruri olmadığını, mədə-bağırsaq traktında problem olanların bu sudan həkim göstərişinə əsasən istifadə etməli olduğunu vurğulayıb.

 

“Mən göndərişlə müalicəvi istirahət mərkəzinə gələnlərin dostlarla zaman keçirmək naminə mineral suları qəbul etdiklərinin şahidi olmuşam”, - Y.Solomatina bunu tövsiyə etməyib.

 

Mütəxəssis minerallaşma səviyyəsinə görə həmin suların tərkibinin fərqləndiyini əlavə edib.

 

“İçməli suyu məhdudiyyətsiz qəbul edə bilərsiniz, müalicə məqsədilə minerallaşmış içməli suya çox aludə olmayın, sırf müalicə məqsədli mineral sular isə adından da göründüyü kimi müalicə üçündür”, - deyə dietoloq aydınlıq gətirib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Ən sürətli qol

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin