“Problemlərin həlli qadınların maarifləndirilməsindən keçir”

14:56 15-02-2018 | icon 459 | Siyasət
“Problemlərin həlli qadınların maarifləndirilməsindən keçir”

Azərbaycan Liberal Demokrat Partiyası (ALDP) Qadınlar Şurasının sədr müavini Nazilə Quliyevanın Versus.Az-a müsahibəsi.

 – Nazilə xanım, Qadınlar Şurası olaraq konfransa hazırlıq ərəfəsindəsiniz. Hazırlıq işləri necə gedir?
 
– Hazırlıq işləri normal gedir. Artıq təşkilat komitəsi də yaranıb. Konfransda Qadınlar Şurasına yeni sədr və onun müavinlər seçiləcək. Demək olar ki, gələn həftə bütün işlər yekunlaşacaq və təxminən martın əvvəlində konfrans keçiriləcək.
 
 – Sizcə bu gün qadınlar daha çox hansı problemlərlə üzləşir?
 
 – Qadınların üzləşdiyi problemlər çoxdur. İşsizlik, ailə zorakılığı, boşanma nəticəsində üşaqları tək böyütmək kimi problemləri sadalamaq olar.
 
– Sadaladığınız problemlərin həllini nədə görürsüz?
 
– Mənim fikrimcə, problemlərin həlli qadınların maarifləndirilməsindən keçir. Çalışacağıq ki, əsas işi maarifləndirmə istiqamətində quraq.
 
– Bu ildən başlayaraq fəaliyyət istiqamətlərinizdə hansı məsələlərə daha çox üstünlük verəcəksiniz?
 
– Fəaliyyət istiqamətlərimizi konfransda müəyən edəcəyik. Hər halda il ərzində tədbirlərin keçirilməsi nəzərdə tutulub. Digər qadın təşkilatlarla əməkdaşlıq əlaqələri qurub problemləri birgə müzakirə edəcəyik.
 
 – Nazilə xanım, məlum olduğu kimi, Fuad Əliyev növbədənkənar prezident seçkilərində iştrak edəcək. Qadınların cəmiyyətdə üzləşdiyi problemlərin həlli ilə bağlı onun fikirləri bizim üçün maraqlıdır. Problemlərin həllini necə görür?
 
– Fuad Əliyev bütün müsahibələrində və partiyanın tədbirlərində qadınlara dəstək olacağı barədə hər zaman çıxışlar edib. Partiya sədrinin gördüyü işlərdən də bunu açıq görmək olar. Qadınlar Şurası olaraq ALDP sədrinə öz təşəkürümüzü bildiririk ki, qadınların cəmiyyətdə üzləşdiyi problemlərin həlli ilə bağlı köməklik edir. Yəqin ki, seçki proqramında problemin həlli yolları öz əksini tapacaq.
 
LƏMAN
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı