Gəncədə yeni terror aktları törətməyi planlaşdıran şəxs...

13:18 13-08-2018 | icon 600 | Hadisə
Gəncədə yeni terror aktları törətməyi planlaşdıran şəxs...

Gəncə hadisələrinin iştirakçısı 1989-cu il təvəllüdlü Rəhimov Muraz Çapay oğlunun saxlanılması ilə əlaqədar Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən 2018-ci il avqustun 10-da Sumqayıt şəhərində həyata keçirilən əməliyyat tədbiri zamanı o, silahlı müqavimət göstərdiyindən məhv edilib.

 

Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, radikal dini cərəyanlara meylli Muraz Rəhimov 2012-ci ildə Bakı şəhərində keçirilmiş “Evrovision” mahnı müsabiqəsi öncəsində paytaxtda partlayış törətmək niyyətində olub. Həmin dövrdə onun yaşadığı mənzildən qumbara aşkar olunduğuna görə o məhkum edilib.

Muraz Rəhimov cəzaçəkmə müəssisəsində olarkən qadağan olunmuş əşya saxladığına görə yenidən cinayət məsuliyyətinə cəlb edilərək məhkum olunub.

 

Muraz Rəhimov cəzaçəkmə müəssisəsində olarkən “Müsəlman Birliyi Hərəkatı”na qoşularaq daha aqressiv mövqe göstərməyə başlayıb.
Muraz Rəhimov 10 iyulda Gəncə şəhərində törədilmiş iğtişaşlarda iştirak etdikdən sonra həbs olunmamaq üçün paytaxta gəlib, müxtəlif ünvanlarda kirayədə yaşayaraq gizlənib.

 

Müəyyən edilib ki, Muraz Rəhimov 2018-ci il Aşura mərasimi dövründə Gəncə şəhərinin imamını və polis əməkdaşlarını öldürməyi planlaşdırıb.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Ermənistanın buqələmun siyasəti

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”