“Azərbaycan BMT-ni unutmalıdır”

12:19 01-10-2020 | icon 343 | Siyasət
“Azərbaycan BMT-ni unutmalıdır”

“Qarabağ münaqişəsini Ordumuzun gücü ilə həll edəcəyik”

 

Zərdüşt Əlizadə: “30 ildir ki, münaqişənin həllsiz qalmasına razı olublarsa, bundan sonra da hansısa möcüzə baş verməyəcək”

 

Beynəlxalq təşkilatların 30 ildir işğalçını durdurmaması yeni ərazi iddiasında olan işğalçı Ermənistanı getdikcə daha da azğınlaşdırdı. Nəhayət, Azərbaycan Ordusu beynəlxalq hüququn tələblərini yerinə yetirmək, erməni həyasızlığına, cinayətlərinə qaşı qəti mövqeyini sərgiləməyə məcburdur və bu onun şərəf, ləyaqət, namus işidir. Lakin bu gün bu müharibənin məsuliyyəti məhz Ermənistanın və Ermənistanın başqa bir dövlətdə törətdiyi cinayətlərə susan beynəlxalq təşkilatların üzərinə düşür. Lakin hətta bu anlarda belə BMT, ATƏT, yaxud ATƏT-in Minsk Qrupuna daxil olan dövlətlər yenə də hadisələrlə bağlı boş bəyanatlar verir, işğalçını durdurmur, “tərəflər danışıqlara gəlməlidir”- deyə, çıxışlar edirlər.

 

Vəziyyəti Versus.az şərh edən politoloq Zərdüşt Əlizadə artıq BMT və digər beynəlxalq təşkilatların verdiyi mənasız bəyanatları unutmaq lazımdır.

 

“Qarabağ münaqişəsini Ordumuzun gücü ilə həll edəcəyik. Qarabağ münaqişəsində müəyən fəaliyyət göstərən beynəlxalq təşkilatlar daha çox hansısa bəyanatları ilə yadda qalıb və gündəmə gəliblər. Lakin bu gün Qarabağda başlanan savaş beynəlxalq təşkilatlarda bizim haqqımızın tanınması istiqamətində hər hansı bir canlanma yaratmayacaq. Beynəlxalq təşkilatlar bizim üzərimizdən oyunlar qurur. Ona görə də Qarabağla bağlı beynəlxalq aləmdə haqqımızın yer tapmasına ümid edənlər eyforiyaya uyurlar. Beynəlxalq münasibətlərdə real güc öz sözünü deyir. Biz 30 il beynəlxalq hüquqa istinad etmişik, amma heç bir nəticə əldə edilməyib. İndi haqlı olaraq ordu işə düşüb və bundan sonrakı nəticələr ona bağlıdır. Mən düşünmürəm ki, hansısa beynəlxalq təşkilatın hansısa mücərrət  sülh çağırışları hansısa bir məsələni həll edəcək”.

 

Politolo bildirib ki, beynəlxalq aləmin təsirləri ola bilır, lakin müharibənin gedişi ölkə rəhbərliyinin mövqeyindən asılıdır:

 

“Təbii ki, beynəlxalq təşkilatlar tərəfləri atəşkəsi dayandırmağa, sülh yolu ilə hansısa razılığa gəlməyə çağıracaqlar, amma Ermənistanın mövqeyi hər hansı bir güzəşti əldə etməsinə əsas vermir. Bu gün qüvvələr nisbəti Ermənistanın mövqeyini dəyişməyə məcbur edə bilər. Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımağa və Qarabağın Azərbaycanın daxilində qalmasına razılıq verməlidir. Hər halda Ermənistanın parlamenti baş nazirin bu sualına qətiyyətlə yox dedi. Görünən odur ki, Ermənistan müharibəni çox soyuqqanlı şəkildə davam etdirməyə hazırlaşır. Azərbaycan tərəfi də öz torpaqlarını işğaldan azad etmək mövqeyindədir”.

 

Z.Əlizadə vurğulayıb ki, Azərbaycanda Vətən Müharibəsi getdiyi bir vaxtda beynəlxalq təşkilatların toparlanmasını, Qarabağı müzakirəyə çıxarmasını əlahiddə bir hadisə kimi qəbul edə bilmərik:

 

“Təbii ki, biz də gördük ki, onlar Qarabağın boşaldılması, 4 qətnamənin icrası ilə bağlı məsələni müzkirə etmədi və edən də deyillər. Azərbaycan BMT-ni unutmalıdır. Çünki BMT-nin 5 əsas daimi üzvü var. Onlardan biri Minsk qrupunun həmsədridir. Əgər onlar, 30 ildir münaqişənin həllsiz qalmasına razı olublarsa, bundan sonra da hansısa möcüzə baş verməyəcək. BMT TŞ-nin qərarlarının icrası güc sahiblərindən asılıdır.

Hər halda Azərbaycanın erməni təxribatının qarşının alınması üçün Ordunun əks hücumuna, Prezidentin də sərgilədiyi qəti mövqeyə əsasən torpaqların işğaldan azad olunması prosesi başladılıbsa, demək BMT-nin qətnamələri unudulub.

Qarabağda müharibə gedir. Ermənistan ordusu Qarabağda işğalçı hücumları ilə təxribatlar törədir və Azərbaycan ordusu da  ermənilərin hücumuna qarşı əks hücum edərək, bir sıra kəndləri, yüksəklikləri azad edib. Lakin hələ ki, elə bir ciddi irəliləyiş yoxdur. Hər halda döyüş gedir və Allah bizimlə olsun.

Mən düşünmürəm ki, bu gün ictimaiyyətdən nə isə asılıdır.  Azərbayacan və Erməni ictimaiyyəti vaxtilə Dağlıq Qarabağ münaqişəsinin həllini birgə həyata keçirmək haqda yollar axtarırdı. Eməni cəmiyyətinin kasıb adamları çıxmaq şərti ilə əksəriyyəti münaqişənin dinc həllinin əleyhinədir. Amma erməni cəmiyyəti xəstədir və güzəştli həlli istəmirlər. Gərək döyüş meydanında qüvvələr nisbəti dəyişsin ki, yalnız bu hada masa arxasında əyləşib güzəştli sülh axtarsın.

30 ildir dövlətimiz ordu hazırlayır. İndi sınaq zamanıdır. Ordumuzun gücü ilə bu sınaqdan necə çıxacağımızı görəcəyik”.

 

T.Qafarlı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Azərbaycanın daha bir qələbəsi

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI