Laçına çatanda...

12:50 01-10-2020 | icon 3825 | Köşə
Laçına çatanda...

Qorxa-qorxa sevinirəm

 

Bir ümid işığı daxilimdə elə şölə saçır ki, gözlərimi qamaşdırır... Qorxa-qorxa sevinirəm... Gözlərimdən qeyri-ixtiyari axan yaşların sevinc yaşı olduğunu dadından bilirəm - elə şirin, elə dadlı, elə sevəcəndir ki...

 

Bax indi bu sətirləri yazanda da ürəyim məni qucaqlayır, gözlərimdən axan damcılar yanaqlarımı öpür, dodaqlarım göz yaşlarımla öpüşür...

 

Laçına çatanda...

Fikrimi tamamlaya bilmirəm... Əllərim ürəyimi qucaqlayıb yerindən çıxmağa qoymur, çatacağıq deyr, bir az daha səbr et...

 

Laçınım, dizlərini qucaqlayıb “məni bağışla” deyəcəm, bağışlarsan, deyilmi?.. Başımı sinənə qoyub hönkürəcəm, o mamır bağlamış qollarınla bağrına basacaqsanmı məni? Səndən sonra 28 dəfə böyümüşəm, tanıyacaqsanmı məni? Ağaran saçlarımı qaraya rəngləmişəm, üz-gözümdəki, əllərimdəki qırışları sızıltılı təbəssümümlə gizlədirəm... Ki, həmin o Arzunu tanıya biləsən... Yollarında qaçıb-yıxılan, dizi, dirsəyi yıxılmaqdan cızıq-cızıq olan, qoynunda xoşbəxt olan Arzunu... Səninlə bağlı quruculuq, yaradıcılıq arzuları olan Arzunu... Böyüyüb gəlmişəm Laçınım... Qocalıb gəlmişəm, Laçınım...

 

Laçına çatanda...

Fikirlərim qırılır... artıq ordayam – dizlərim yerdə, dodaqlarım torpaqda... bəs niyə yeriyə bilmirəm?.. Aç qollarını, VƏTƏN, qucağına sığınmağa, səndə ölməyə gəlmişəm... Elə küsmüşəm, elə kövrəlmişəm ki, könlümü səndən qeyrisi ala bilməz... Mən sənsiz xoşbəxt ola bilmədim, xoşbəxt et məni, Laçın... Yarım qalan arzularımı səndə tamamlayım, yarım qalan ömrümlə...

 

Laçına çatanda...

Sevgili Laçınım, sənsiz səninlə danışmaqdan boğazımda bir qəhər düyün bağlamışdı ha, bax o düyün bircə öpüşünlə əriyəcək... Ürəyimdə açılan şırımlar var ha, bircə toxunuşunla hamarlanacaq... Mən səndə cavanlaşacam, mən səndə yeindən doğulacam, yenidən arzularla dolacam...

 

Laçına çatanda...

Biz bir-birimizə necə də yaraşırıq, Laçınım...

 

Laçına çatanda...

Laçına çatdıq – demək istəyirəm!..

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Ən sürətli qol

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin