"Siyasi və diplomatik manevrlərinizlə suyu bulandırmayın"

19:33 01-10-2020 | icon 313 | Siyasət
"Siyasi və diplomatik manevrlərinizlə suyu bulandırmayın"

Əlisahib Hüseynov: "Görəsən, Fransa nə zaman Qarabağ məsələsində ədalətli mövqe tutacaq?"

 

"Deyəsən, Dağlıq Qarabağ münaqişəsi zonasındakı vəziyyətin kəskinləşməsindən, sentyabrın 27-də Ermənistan Silahlı qüvvələrinin növbəti təxribatına qarşı Azərbaycan tərəfinin əks-hücuma keçməsindən sonra Fransa prezidenti Emmanuel Makronun yadına düşüb ki, onun ölkəsi məhz Dağlıq Qarabağ münaqişəsinin sülh yoluyla nizama salınması məqsədi ilə yaradılan ATƏT-in Minsk Qrupunun üç həmsədrindən biridir. Xeyir ola, cənab Makron son günlər nə üçün belə əl-ayağa düşüb, niyə narahatdır? Bəs indiyə qədər harda idi, niyə bu qədər narahat olmurdu? Məgər 27 sentyabrdan əvvəl, necə deyərlər, dünyanın dinc vaxtında Makron Rusiya prezidentinə zəng vurub Dağlıq Qarabağdakı vəziyyəti müzakirə edə və real çözüm yolları axtara bilməzdimi? Niyə məhz indi zəng vurur? Çünki münaqişənin yenidən alovlanması və genişmiqyaslı hərbi əməliyyatlar müstəvisinə keçmə perspektivləri Makronun maraqlarına cavab vermir".

 

Versus.Az xəbər verir ki, bunu açıqlamasında Milli Həmrəylik Partiyasının (MHP) sədri Əlisahib Hüseynov bildirib.

 

Partiya sədrinin fikrincə, Fransa prezidenti real vasitəçilik etmək və işğalçı ölkəni sakitləşdirmək, cilovlamaq və işğalçılığa son qoymağa çağırmaq əvəzinə, bütün vasitələrlə Ermənistanı sudan quru çıxarmağa, Azərbaycanın isə öz qanuni torpaqlarını azad etmək, ərazi bütövlüyünü bərpa etmək təşəbüsünü əngəlləməyə çalışır:

 

"Bu, Fransa prezidenti tərəfindən nümayiş etdirilən növbəti riyakarlıq və ikili standartlar nümunəsidir.  Axı tərəfləri (işğalçı ölkə ilə işğala məruz qalan ölkəni) eyniləşdirmək və hər iki ölkəni təcili sürətdə
atəşkəsi bərpa etməyə, gərginliyi azaltmağa və maksimum təmkinli olmağa çağırmaq həmsədr ölkənin
liderinə yaraşan hərəkət deyil. Necə yəni Dağlıq Qarabağ böhranının siyasi və diplomatik metodlarla
həllinin alternativi yoxdur? Bəs sizin bu siyasi və diplomatik metodlarla həll yolunuz nə üçün indiyə
qədər məsələnin həllinə və torpaqlarımızın işğaldan azad olunmasına gətirib çıxarmayıb? Nədən
Azərbaycan xalqını 30 ildir boş və mənasız vasitəçilik siyasətinizlə gözlətmisiniz? Ali Baş Komandanımızın
qətiyyətli mövqeyi və Ordumuzun döyüş əzmi nəyə görə sizi bu qədər narahat edir? Və nəhayət,
görəsən, Fransa nə zaman Qarabağ məsələsində ədalətli mövqe tutacaq?"



Əlisahib Hüseynov Fransadan haqqın, ədalətin yanında yer almasını, 1 milyondan çox qaçqın və məcburi köçkün soydaşımızın səsini, harayını eşitməsini gözlədiyimizi burğulayıb:

 

"Mən özüm də bir məcburi köçkün kimi şəxsən cənab Makrondan heç olmasa, bir dəfə vicdanının səsini dinləməsini istəyirəm. Siyasi manipulyasiyalara, hiylələrə əl atıb işğalçı Ermənistanı dəstəkləmək çox asandır, cənab Makron. Hünəriniz və insafınız varsa, biz azərbaycanlı məcburi köçkünlərin haqqını müdafiə edin və yurd yerlərimizi işğal altında saxlayan Ermənistan hakimiyyətinə "işğala son" sözünü deyin. Deyə bilmirsinizsə, o zaman siyasi və diplomatik gedişlərinizlə, manevrlərinizlə suyu bulandırmayın və başımızı qatmayın!"

 

LƏMAN
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

Klipi üçün 10 kilo çəki atdı

Nəsibə Zeynalovanın doğum günüdür