“Erməniləri onlar ruhlandırır”

20:52 01-10-2020 | icon 493 | Siyasət
“Erməniləri onlar ruhlandırır”

Hafiz Hacıyev: “Ölkə Prezidentinin yaralı əsgərlərlə görüşü bizi çox ruhlandırdı”

 

 

“Ölkə Prezidenti çox dəyərli, çox humanist insandır. Prezident erməni işğalçılarına qarşı aparılan təmizləmə əməliyyatında, əsgərlərlə görüşündə, hər gün xalqına etdiyi müraciətlərdə də, xarici dövlət başçıları ilə keçirdiyi görüşlərdə də Azərbaycan xalqının inamına, etimadına söykənib. Ölkə Prezidenti bilir ki, Azərbaycan xalqı onunla bir yerdədir və bu birliyə etimad göstərərək Azərbaycan torpaqlarının işğaldan azad edilməsi üçün çox böyük işlər görür”.

 

Bunu Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev Versus.az-a açıqlamasında sentyabrın 30-da Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Ermənistanın sentyabrın 27-dən başlayan hərbi təxribatı zamanı yaralanan və Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında müalicə olunan hərbçilərlə görüşü haqqında bildirib.

 

Partiya sədri qeyd edib ki, Prezidentin beynəlxalq təşkilatların, ATƏT-in həmsədri olan dövlətlərin ona olan telefon zəngləri və “atəşin dayandırılması” ilə bağlı verdiyi bəyanatlarına qəti mövqe sərgiləməsi Azərbaycan xalqının, Ordusunun gücü və birliyinin müqabilində sərgilənən münasibətdir:

 

“Bugünlərdə ölkə başçısının hospitalda bizim yaralanan əsgərlərlə görüşü, orda ürəkdən gələn sözlərini deməsi, eləcə də birinci xanımın kövrələrək etdiyi çağırışı hamımızın ürəyini sızlatdı. Gərək sən ölkəni, xalqını necə sevəsən ki, bu cür ali hisslərə sahib olasan. Görəsən bəzi harınlamış məmurlar belə hissləri keçirirmi, yox. Bu gün cənab Prezident bu gün çox gərgin iş qrafiki ilə işləməsinə baxmayaraq yaralanmış hərbçilərlə görüşməklə böyük bir nümunə ortaya qoydu. Bu görüş dövlətin öz əsgərinin yanında olduğunu hər bir əsgərə, hər bir valideynə, bütövlükdə Azərbaycan xalqına göstərdi, bəyan etdi. Prezidentin yaralılarla görüşündə istər bu gün, istərsə də sabah daim yanlarında olaraq dövlətin diqqətini ayırmayacağını deməsi, həm də əsgəri gələcək döyüşlərə və qələbəyə ruhlandıran məqamlardır. Bu da bizim kimi siyasi partiyaları çox ruhlandırır. Ölkə başçısına SAĞ OLdan başqa bir söz deyə bilmərik”.

 

H.Hacıyev bildirib ki, beynəlxalq təşkilatların, həmsədr dövlətlərin atəşəsi dayandırması ilə bağlı Prezidentə ünvanladığı xahiş və bəyanatlarla razılaşa bilmərik:

 

“Biz beynəlxalq təşkilatlardan gələn belə tələblərlər, bəyanatlarla razılaşa bilmərik. Ermənilər məhz beynəlxlq təşkilatların belə bəyanatları ilə ruhlanıblar. Onlar erməniləri mənəvi cəhətdən qidalandırıb bizim üstümüzə göndəriblər. Bizim torpaqlarımız işğal olunub, biz torpaqlarımızın işğaldan azad olunmasını istəyirik. Heç kim bizim bu əks hücumumuzu dayandıra bilməz. 30 ildir başımızın altına yastıq qoyub, yalançı ümidlər verməklə işğal müddətini uzadıblar. Bu illər ərzində bunlar bizim torpaqlarımızda məskunlaşma aparıblar. Bizim evlərimizi mənimsəyiblər, məscidlərimizə qarşı terror həyata keçiriblər, tariximizi dağıdıblar. Ona görə də biz nə Putinin, nə Makronun, nə Trampın sözünə qulaq asa bilmərik. Əgər onlar demokratdırlarsa, dövlətin ərazi bütövlüyünə, insan haqlarına hörmət edirlərsə, buyursunlar milyondan artıq insanımızın öz dədə-baba yurdlarında erməni separatçıları, quldurları tərəfindən pozulan hüquqlarını bərpa etsinlər. Əgər beynəlxalq hüquqa dəyər verirlərsə, Azərbaycanın öz dövlət sərhədlərinin bərpası naminə işğalçıya qarşı öz torpağında apardığı müharibəyə dəstək versinlər. Onların əlinə silah almalarına gərək yoxdur. Yetər ki, Ermənistana barmaq silkələyib, “işğala son qoy” deyib, sanksiyalar tətbiq etsələr, ən azından silahlandırmasalar problem həllini tapar. Kimdir o Minsk qrupu. 30 ildir 3 dənə dələduzu atıblar ortaya, onlar da turist kimi gəlib burda yeyib-içib geri dönürlər. Onlar çalışırlar ki, ermənilər həmin ölkədə daha da möhkəmlənsin gələcəkdə desinlər ki, daha nə etmək olar. İndi isə zaman başqadır. Görürlər ki, bizim güclü ordumuz var, siyasi partiyaların ortada birlik iradəsi var. Biz torpaqlarımızı işğaldan azad etmək istəyirik, getməslər qanları bu torpaqda töküləcək. Niyə bu qurumlar onlara demirlər ki, başqasının torpağında nə edirsən. Biz onların nazı ilə oynamaq fikrində deyilik. Ermənistan heç bir hüququ vecinə almır, heç kəsi saymır. Amma biz bunu qəbul edə bilmərik. Zəhmət çəksinlər beynəlxalq təşkilatlar işğalçıya xahiş, minnət göndərsinlər. Və yaxud işğal olunan torpaq bunların deyil. Biz bunların mənasız çağırışlarına qoşula bilmərik”.

 

Partiya sədri bu gün xaricdə fəaliyyət göstərən təşkilatlara, jurnalistlərə üzünü tutaraq “bu gün informasiya müharibəsində öz ölkələrinə yardımçı olsunlar” dedi:

 

“Bu gün xaricdə olan həmvətənlilərimiz dövlət, torpaq naminə Azərbaycanın yanında olsunlar. Mən onlara müraciət erdərək deyirəm ki, bu vətən də sizindir. Burda sizin ana-bacılarınız var. Nə qədər umu-küsülər olsa da, bu münasibətləri kənara qoyaraq orada ciddi təbliğat apararaq Azərbaycan həqiqətlərini dünyaya çatdırsınlar. Heç olmasa bu gün həqiqəti desinlər. Azərbaycanda dövlət tərəfindən atılan addımları ortaya qoyub “didməkdənsə” Azərbaycan Ordusunun apardığı haqq işinin təbliğatını qurub Azərbaycanla bir olsunlar”.

 

SEVDA
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı