"Prezidentin çıxışı ordumuzda və xalqımızda qələbə əzmini daha da artırdı"

21:23 01-10-2020 | icon 349 | Siyasət
"Prezidentin çıxışı ordumuzda və xalqımızda qələbə əzmini daha da artırdı"

Əlabbas Məhərrəmov: "Paşinyanın olmayan nüfuzu Azərbaycan prezidenti ilə son debatda daha da darmadağın oldu"

 

"Azərbaycan ordusunun Qarabağ cəbhəsində sentyabrın 27-dən başladığı əks-hücum əməliyyatları fonunda ölkədə siyasi həmrəylik tam olaraq, təmin edilib. Çox əlamətdar haldır ki, ölkəmizdə bu gün iqtidar-müxalifət anlayışı demək olar, aradan qalxıb. Hər kəs bir amal ugrunda - torpaqlarımızın azadlığını təmin etmək, ordumuzun qələbəsi ücün bacardığını əsirgəməməyə çalışır".

 
 
Bunu Versus.Az-a açıqlamasında politoloq Əlabbas Məhərrəmov bildirib.
 
 
Politoloq qeyd edib ki, hətta bizə qardaş olan, hər an yanımızda olan Türkiyə dövlətinin siyasi düşərgəsi də sağçı-solçu bilmədən bütün siyasi cameəsi Azərbaycanın yanında olduğunu bəyan edib:
 
 
"Dünyanın supergücləri, beynəlxalq təşkilatlar bu birliyin fərqindədirlər. Ermənistan isə heç bir dövlətdən bu səviyyədə dəstək ala bilməyib".
 
 
Əlabbas Məhərrəmov onu da qeyd edib ki, eyni zamanda, xalq tərəfindən Azərbaycan prezidentinə, Ali Baş Komandana verilən dəstək, o cümlədən, siyasi müxalifətin hakimiyyətə dəstəyi ilə müqayisədə işğalçı Ermənistanın hakim rejimi həm xalqın, həm də müxalifətin dəstəyindən məhrumdur:
 
 
"Hətta Ermənistanda artıq klanların hakimiyyət uğrunda müharibəyə başladığı görünür. Separatçı rejimin keçmiş rəhbərlərinin - Koçaryan, Qukasyan və Saakyan - sentyabrin 30-da keçirdikləri üçtərəfli görüş bunu deməyə əsas verir. Paşinyanın Azərbaycan dövlət başçısı ilə son debatdakı iflası onun olmayan nüfuzunu daha da darmadağın elədi.
 
Azərbaycan Ali Baş Komandanı İlham Əliyevin dəqiq, hədəfə istiqamətlənmiş çıxışı isə ordumuzda və xalqımızda qələbə əzmini daha da artırdı".
 
 
PƏRİ
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

Klipi üçün 10 kilo çəki atdı

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

Nəsibə Zeynalovanın doğum günüdür