COVID-19 təhlükəsi işıq sürəti ilə yayılır

01:58 02-10-2020 | icon 63 | Sağlamlıq
COVID-19 təhlükəsi işıq sürəti ilə yayılır

BMT-də koronavirusa qarşı vaksinin hazırlanması zamanı əməkdaşlıq məsələlərinə həsr edilən yüksəksəviyyəli görüş keçirilir. Görüş “COVID-19 pandemiyasının sonunu yaxınlaşdırmaq” şüarı altında təşkil olunur.



Versus.Az.az xəbər verir ki, BMT-nin Baş katibi Antonio Quterreş koronavirus testlərinin, dərman və vaksininin hazırlanması və paylanmasını sürətləndirə biləcək ACT-Accelerator mexanizminin vacibliyindən söz açıb.



Baş katib COVID-19 pandemiyasını qlobal həmrəyliyin ən ciddi sınağı adlandırıb:

“Virusu yalnız birləşərək məğlub edə biləcəyimizi başa düşmək üçün dərin ağıl lazım deyil. COVID-19 bütün dünyada insanları və iqtisadiyyatları təhdid edir. Bu təhlükə işıq sürəti ilə yayılır”.


O, COVID-19-dan ölənlərin sayının bir milyonu keçdiyini xatırladaraq deyib:

“Yoluxma halları artmaqdadır və bir çox ölkədə ikinci dalğanın həyəcanverici əlamətlərini görürük”.

 

BMT rəhbəri vurğulayıb ki, testlərə və müalicəyə çıxışın genişləndirilməsi və COVID-19 vaksinin həqiqətən hər kəs üçün əlçatan olması - bu hədəflər hər ölkənin milli və iqtisadi maraqlarına cavab verir. Beynəlxalq ictimaiyyət artıq lazımi vasitəyə malikdir – bu, ACT-Accelerator və COVAX vaksinləri üzrə onun komponentidir.


ACT–Accelerator - COVID–19 ilə mübarizə aparmaq üçün vəsaitlərə çıxışı sürətləndirmək təşəbbüsü bu ilin aprel ayında irəli sürülmüşdü. Bu yeni mexanizmin məqsədi COVID-19-a qarşı diaqnostika, müalicə vasitələrinin və vaksinlərin hazırlanmasını, istehsalını və ədalətli paylanmasını sürətləndirməkdən ibarətdir.



Quterreş xatırladıb ki, bu həftə ACT-Accelerator sayəsində orta və aşağı gəlirli ölkələrin COVID-19 üçün 120 milyon yüksək keyfiyyətli və ucuz sürətli test ala biləcəkləri elan olunub.



“Aparıcı beynəlxalq səhiyyə təşkilatları, tədqiqat institutları, fondlar və özəl təşkilatlar bu unikal modelin işlədiyini sübut etmək üçün gecə-gündüz çalışırlar”, - deyə Quterreş vurğulayıb. O, maddi dəstəyin kəskin şəkildə artırılmasının lazım olduğunu əlavə edib.



Onun sözlərinə görə, ACT-Accelerator-ın maksimum mümkün nəticələr verməsi üçün 35 milyard dollar lazımdır. Baş katib bildirib ki, əks təqdirdə, vaksinin istehsalı və alınmasını əvvəlcədən maliyyələşdirmək, onun ehtiyatlarını yaratmaq, elmi araşdırmaları fəallaşdırmaq və ölkələrə çatdırılacaq vaksinlərdən optimal şəkildə yararlanmaq mümkün olmayacaq.



Antonio Quterreş xatırladıb ki, pandemiya hər ay dünya iqtisadiyyatına 375 milyard dollar ziyan vurur. Ötən doqquz ayda 500 milyon iş yeri itirilib. O, yaxın üç ayda hökumətləri və digər tərəfdaşları zəruri dəstəyi əhəmiyyətli dərəcədə artırmağa çağırıb.

Xəbər lenti

Türkiyə Prezidenti Avropanın sonunun yaxınlaşdığını bildirdi

“Müsəlmanlara qarşı cəbhə açan Avropa öz sonuna doğru hazırlıq görməyə başladı”

Türkiyə-Fransa arasında diplomatik qalmaqal başlayıb

Hərbi-hava qüvvələrimiz Ermənistanın tankları, sığınacaqları və dayaq məntəqələri məhv edib

Azərbaycan snayperi 19 düşmən hərbçisini məhv etdi - VİDEO

Ordu irəliləyir, Prezident müjdələr verir, üzümüz gülür...

“Övladınızı başqasının torpağında qan tökməyə, işğal etməyə göndərməyin” - MÜSAHİBƏ

“Ermənistanı təslimçi sülhə məcbur etməliyik...”

Laçın və Qubadlı rayonları Ermənistan ərazisindən raket-artilleriya atəşinə tutulur

"Bu, cənab Prezident tərəfindən verilən açıq mesaj idi"

“Onurğa sütununun əyilməsi nəticəsində daxili orqanların fəaliyyəti də pisləşir”

Eldar Həsənovun həbs qətimkan müddəti uzadılıb

“Təmas xəttini keçmək asan deyildi, lakin biz bunu etdik”

Ermənistan ərazisindən Qubadlı rayonu atəşə tutulur

Kəlbəcər rayonunun yeraltı və yerüstü təbii sərvətləri yenidən öyrəniləcək

“Düşmən hücumu nəticəsində yaralanan azyaşlı həlak oldu”

Düşmən Naftalan - Tərtər rayonlarını atəşə tutur

İrəli
InvestAZ

Ən çox oxunan xəbərlər

“Gələn Müstəqillik Gününü zəfər alqışları ilə qeyd edəcəyik” - VİDEO

“Azərbaycanın işğaldan azad edilmiş yaşayış məntəqələrinin sayı 78-ə çatıb”

Düşmən Tərtərdə pambıq emalı zavoduna raket zərbələri endirdi - FOTO/VİDEO

Xalqın günahı...

Xudafərin körpüsünün üzərində Azərbaycan bayrağı - VİDEO

Mehriban Əliyeva paylaşım etdi

Azərbaycan adından vəsait toplayırlar - XƏBƏRDARLIQ

İşğaldan azad edilən Zəngilanda Azərbaycan bayrağı qaldırıldı - VİDEO

“Zəngilan azad edildi”

Düşmənin Qubadlı istiqamətindəki bölmələri məhv edilib - VİDEO

“İnşallah böyük qələbəmizin sevincini yaşayaq”

Dövlət qulluğunda inzibati rəhbər vəzifələr üzrə müsabiqəyə qeydiyyat başa çatır

Direktor olmaq istəyən namizədlərin NƏZƏRİNƏ

"Qarabağın məşhur müəllimləri" layihəsinə başlanılır

Azərbaycan “İti qovan” istehsalına başladı - FOTO