Cahangir Novruzovdan Poznerə tutarlı CAVAB

11:23 02-10-2020 | icon 417 | Mədəniyyət
Cahangir Novruzovdan Poznerə tutarlı CAVAB

“Türk olmaq çox çətindir, türk olmamaq daha çətin”

 

Azərbaycanın tanınmış aktyoru, Xalq artisti Cahangir Novruzov şəxsi feysbuk hesabından ermənipərəst mövqeyi ilə seçilən rusiyalı jurnalist Vladimir Poznerin fikirlərinə cavab verib.

 

Versus.Az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

 

C.Novruzov rusiyalı jurnalist Vladimir Poznerə belə cavab verib:

“Özünüzü nüfuzdan salmısınız. Ağlı başında olan ermənilər üçün də fikrinizin heç bir dəyəri yoxdur. Satılmısınız. Corc Bernard Şounun belə bir sözü var “Unutmaq lazım deyil ki, pul ilə alınan hər şey onsuz da ucuzdur”. V.Şukşinin də gözəl bir sözü var: “Kasıb olmaq ayıb deyil, ucuz olmaq ayıbdır”. Mən isə belə deyərdim- Türk olmaq çox çətindir, çünki bütün dünya səninlə mübarizə aparır. Türk olmamaq daha çətindir, çünki türk ilə mübarizə aparırsan”.

 

Rəsmi saytında ruhən erməniləri dəstəklədiyini deyən V.Pozner qeyd etmişdi ki, - “Əgər Qarabağda müharibə gedirsə, BMT dərhal bu məsələyə qarışmalıdır. Yox, əgər bu məsələyə üçüncü ölkələr qarışırsa, onlara qarşı ən sərt sanksiyalar tətbiq edilməlidir”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”