Həbsdə olan əsgər və zabitlərimizin döyüşdə iştirakı məsələsi GÜNDƏMƏDƏ

12:00 02-10-2020 | icon 231 | Siyasət
Həbsdə olan əsgər və zabitlərimizin döyüşdə iştirakı məsələsi GÜNDƏMƏDƏ

Fazil Mustafa: "Həm əsgər, həm də zabit kimi döyüşə qatılmalarını təmin edək"

 

“Fransa ona dəxli olmayan, özündən uzaq regionda erməni təəssübkeşliyini davam etdirir”.

 

Versus.Az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fazil Mustafa deyib.

 

O, Azərbaycan dövlətinin qətiyyətli şəkildə Fransanın ATƏT-in Minsk qrupunun həmsədrliyindən kənarlaşdırılmasının tələb olunması təklifini irəli sürüb:

 

“Artıq Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da bunu gündəmə gətirib.

İkinci təklifim isə bundan ibarətdir ki, bizim həbsdə əsgər və zabitlərimiz var, onların da qısa müddətə əfv olunaraq, həm əsgər, həm də zabit kimi döyüşə qatılmasını təmin edək.

Bu, könüllü şəkildə olmalıdır və beynəlxalq təcrübədə var. Üçüncü təklifim isə budur ki, Türkiyə hərbi əməliyyatlar həyata keçirəndə məscidlərdən azan səsi yüksəlirdi və əsgərlər üçün dualar oxunurdu. Azərbaycanda da bu qədər məscid var. Burada da hər gün azan səsinin ucalması əsgərlərə mənəvi olaraq ruh yüksəkliyi verər”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

İtlər hətta simvolları da anlayırlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol