Deputat Rusiyada yaşayan həmvətənlərimizə və Güneyli soydaşlarımıza çağırış etdi

14:14 02-10-2020 | icon 250 | Siyasət
Deputat Rusiyada yaşayan həmvətənlərimizə və Güneyli soydaşlarımıza çağırış etdi

Qənirə Paşayeva: "Daha da həssas, qətiyyətli və fəal olun"

 

Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Milli Məclisin bugün keçirilən iclasında çıxış edərək, ordumuzun Ermənistan Respublikası silahlı qüvvələrinin sentyabrın 27-dəki hücumuna cavab olaraq başlatdığı əks-hücumda əldə etdiyi qələbələrdən və bəzi beynəlxalq reaksiyalardan danışıb, bir sıra çağırışlar edib.

 

Versus.Az xəbər verir ki, öncə, qəhrəman hərbçilərimizə yeni uğurlar, şəhidlərimizə Tanrıdan rəhmət diləklərini çatdıran Qənirə Paşayeva, Rusiyanın bir sıra telekanallarında anti-Azərbaycan təbliğatı aparıldığını vurğulayaraq, Rusiyada yaşayan həmvətənlərimizə çağırış edib. İşğalçı Ermənistanın yaydığı saxta, riyakar və hiyləli məlumatlara istinad edərək, Azərbayacanın haqlı mövqeyinə qarayaxma kampaniyası aparan Rusiya TV-lərini kəskin qınayan Millət vəkili, Rusiyada nüfuz sahibi olan Azərbaycanlı ziyalıları, iş adamlarını haqlı mövqe bildirməyə, o cümlədən Rusiya vətəndaşı olan çoxsaylı soydaşlarımızı belə hallara qarşı öz etiraz səslərini ucaltmağa dəvət edib.

 

İranda, öz dədə-baba torpaqlarında yaşayan çoxmilyonlu soydaşlarımıza da müraciət edən Qənirə Paşayeva, son günlər İran üzərindən Ermənistana hərbi təyinatlı yüklər daşınmasına qarşı haqq səslərini ucaltdığına görə onlara təşəkkür edib, günahsız insanların qanını axıtmağa xidmət edən belə yüklərin daşınmasına imkan verilməməsinin vacibliyini qeyd edib. Qənirə Paşayeva Güneyli soydaşlarımızı daha da həssas, qətiyyətli və fəal olmağa səsləyərək, Tovuz hadisələrindən bəri ardıcıl xarakter almış Rusiya-İran-Ermənistan marşurutu üzrə hərbi silah-sursatın daşınmasını durdurmaq üçün qanuni etiraz hüququndan istifadə etməyə çağırıb.

 

Qənirə Paşayeva öz çıxışında həmçinin, Fransa Prezidenti Emmanüel Makronun son günlər Ermənistanın təcavüzkarlıq siyasətinə dəstək ifadə edən açıqlamalarına və Azərbaycan əleyhinə əsassız tənqidlərinə də etiraz edib. Xalqın iradəsini ifadə edən Milli Məclis adından Fransa Prezidentinə və dövlətinə etiraz edilməsini təklif edən Qənirə Paşayeva, Fransanın öz ərazisində anti-terror əməliyyatları aparmasına Azərbaycanın qarışmadığı kimi, Fransanın da Azərbaycanın öz suveren ərazilərini işğalçılardan, terrorçulardan təmizləməsinə qarışmaq haqqı olmadığını bildirib. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “Mən Makrona söylədim ki, tarix bilgin zəifdir” sözlərini xatırladan xanım Paşayeva, “görünür Makronun yalnız tarix bilgisi deyil, digər sahələrdəki bilgisi də yetərli deyil” deyib.

 

Millət vəkili Fransanın ATƏT-in Minsk qrupunun həmsədri olduğunu xatırladaraq, bunun tam tərsinə, müharibəni başladan və uzun illər boyu Azərbaycan torpaqlarını işğal altında saxlayan Ermənistanı birtərəfli qaydada müdafiə etdiyini bildirib. Belə yanaşmanın sülhyaratma missiyasının, beynəlxalq hüquq normalarının elementar tələblərinə cavab vermədiyini deyən Millət vəkili, Makronun BMT-nin 4 qətnaməsini yada salmalı və məsələyə ədalətli yanaşmağa, ən azı neytral qalmağa borclu olduğunu söyləyib. Qənirə Paşayeva qeyd edib ki, Fransa Prezidentinın belə ədalətsiz mövqeyi işğalçı Ermənistanı xilas edə bilməyəcək və Azərbaycan xalqı öz Ali Baş Komandanının, ordunun yanında olaraq, işğala son verəcək.

 

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı