“Makronun abırsız bəyanatı pislənməlidir”

16:32 02-10-2020 | icon 251 | Siyasət
“Makronun abırsız bəyanatı pislənməlidir”

Qabil Hüseynli: “Ermənistanın təcavüzkar və işğalçı olduğunu bilən Makron niyə vicdanına “SUS” deyir?!"

 

“Makronun bu canfəşanlığı beynəlxalq hüquq normalarını ayaqlar altına atıb tapdalamaq, BMT-nin 4 məlum qətnaməsini heçə saymaqdır. Həmçinin svilizasiyalı dünya əsrində birtərəfli qaydada işğalçını dəstəkləmək çox abırsız yanaşmadı və vicdanı olan hər kəs Makronu qınamalıdır”.

 

Versus.Az xəbər verir ki, bunu Fransa prezidenti Emmanuel Makronun öz Tvitter səhifəsində və saytında atəşkəsin pozulmasına görə Azərbaycanı qınanası və dərhal əks-hücumu dayandırmaqla bağlı verdiyi bəyanatını şərh edən politoloq Qabil Hüseynli bildirib.

 

Politoloq hesab edir ki, Makronun bu bəyanatı böyük rüsvayçılıqla yanaşı, münaqişənin nizamlanması prosesindəki beynəlxalq mandata ziddir və neytral vasitəçilik missiyasının tələblərini kobudcasına pozmaqdır:

 

“Fransa bir neçə il qabaq BMT Təhlükəsizlik Şurasında Azərbaycan torpaqlarının qeyd-şərtsiz işğaladan azad olunması ilə bağlı 4 qətnaməyə səs verib. O həmin vaxtlar idi ki, ermənilər ərazilərimizə hücum edərək üçüncü bir dövlətin köməyi ilə torpaqlarımızı işğal edir və milyondan çox insanımız yaşadığı yerlərdən didərgin vəziyyətinə düşür. Azərbaycan əhalisi malını, mülkünü, həmin ərazilərdəki təbii sərvətlərini qoyaraq Azərbaycanın digər bölgələrində qaçqın kimi yaşamağa məcbur edildi. Düzdür, o zaman bütün dünya susurdu, ermənilərin bu vəhşiliyinə qiymət vermirdi”.

 

Q.Hüseynli bildirib ki, ermənipərəst Makron bütün bunları bilməmiş deyil:

 

“Ermənistanın təcavüzkar və işğalçı olduğunu bilən Makron vicdanına necə “SUS” deyir?! Məyər o bilmir ki, Azərbaycanın öz torpaqlarında hücum edən Ermənistan hərbçiləridir? Məyər o bilmir ki, Ermənistan 1 aydan çoxdur ki, yeni ərazi iddiaları ilə müharibəyə hazırlaşır və danışıqlar prosesini pozur? Tovuza hücum edən Ermənistan hərbçilərinin həmin ərazidən keçən beynəlxalq layihələri zərbə altına salmaq istədiyi çox da uzaq zamanda baş verməyib. Ermənistan hərbi qüvvələri sərhədi pozaraq Tovuzadan keçən Bakı-Tbilisi Ceyhan, TANAP, Bakı Tbilisi Qars, Bakı Supsa Neft kəmərlərini nəzarətə almaq istəyirdi. İndi də açıq şəkildə deyirlər ki, biz o kəmərləri partladacağıq. Qarabağa hər yandan muzdlu əsgərlər gətirərək Azərbaycan torpqlarında işğalı əbədiləşdirmək istəyiblər”.

 

Politoloq vurğulayıb ki, fransız xalqı nə qədər dünyaya mədəni nailiyyətlər bəxş etsə də, şovinizm və millətçilik sahəsində dünyaya əzazil general və əsgərlər də təqdim edib.

 

Q.Hüseyni əxlqi baxımdan da Makronu normal hesab etmədiyini deyib:

 

“Makron normal əxalaqa sahib olsaydı, özündən 30 yaş böyük olan müəlliməsini ərindən boşatdırıb almazdı”.

 

Politoloq bəyan edib ki, Makron kimi zəhlətökən siyasətçiləri olan Fransa ATƏT-in Minsk Qrupundan çıxarılmalıdır. /hafta.az/

 

LƏMAN
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Ən sürətli qol

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin