Düşmənlə təmas xəttində 29 top mərmisi aşkarlandı - FOTO

07:03 03-10-2020 | icon 430 | Hadisə
Düşmənlə təmas xəttində 29 top mərmisi aşkarlandı - FOTO

Oktyabrın 2-də Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinə (ANAMA) Ağdam, Ağcabədi, Bərdə, Beyləqan, Goranboy, Şəmkir və Tərtər rayonları ərazisinə mərmilərin düşməsi barədə Daxili İşlər Nazirliyinin “102” Xidməti-Zəng mərkəzi sistemindən 24 müraciət daxil olub.

 

Versus.Az xəbər verir ki, bununla bağlı Agentlikdən məlumat verilib. 

 

Bildirilib ki, daxil olmuş 24 çağırış əsasında Agentliyin xüsusi mobil çevik əməliyyat qrupları tərəfindən Ağdam rayonunun Alıbəyli kəndi, Ağcabədi rayonunun Rəncbərlər, Xocavənd və Salmanbəyli kəndləri, Beyləqan rayonunun Yuxarı Kəbirli kəndi, Bərdə rayonunun Soğanverdilər, Əmirli, Şahvəlilər, Daşkənd və Yenidaşkənd kəndləri, Beyləqan rayonunun Yuxarı Kəbirli kəndi, Goranboy rayonunun Həmənli kəndi, Şəmkir rayonunun Bayramlı kəndi, Tərtər rayonunun Dəmirçilər, Kəbirli, Səhləbad, Borsunlu kəndləri, Nizami və Ş.İ.Xətai küçələrinə Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birlikdə 24 operativ və təxirəsalınmaz əməliyyat çıxışı həyata keçirmişdir. Aparılmış əməliyyat-axtarış tədbirləri zamanı 29 ədəd top mərmisi və 19 ədəd partlamış mərmi qalıqları aşkar olunub.

 

Həmçinin Agentliyin partlayış qrupu tərəfindən 1 ədəd raket və 1 ədəd top mərmisi partlayış yolu ilə zərərsizləşdirilib.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Tibb elminə həsr olunmuş ömür...

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Hansı QADAĞALAR olacaq?

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı