Zelenskidən Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən BƏYANAT

07:11 03-10-2020 | icon 348 | Siyasət
Zelenskidən Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən BƏYANAT

"Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləyirik”

 

Ukrayna Prezidenti Vladimir Zelenski Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsini bəyan edib.

 

Versus.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə “RBK-Ukraina”ya istinadla xəbər verir ki, Prezident V.Zelenski Çernovitskaya vilayətində jurnalistlərlə söhbət zamanı deyib:

 

“Azərbaycanlılar bizi dəstəklədikləri kimi biz də Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləyirik”.

 

V.Zelenski ölkələrin bir-birinin suverenliyi və ərazi bütövlüyü məsələsində qarşılıqlı dəstəyini başlıca aspekt adlandırıb. O qeyd edib ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə bənzər münaqişələri dondurulmuş adlandırmaq olmaz, çünki bu vəziyyət daimi ola bilməz.

 

Ukrayna Prezidenti deyib:

 

“Mən medianın, cəmiyyətin və qərbli tərəfdaşların diqqətinə çatdırmaq istəyirəm ki, sadəcə dondurulmuş münaqişələr olmur. Onlar müəyyən vaxtadək dondurulmuş ola bilər. Bizim mövqeyimiz belədir”.

 

Ukrayna dövlətinin başçısı son illərdə Azərbaycan ilə öz ölkəsinin münasibətlərinin möhkəmlənməsini də vurğulayıb. O deyib:

 

“Azərbaycan ilə münasibətlərə gəlincə, son iki ildə bu münasibətlər xüsusilə iqtisadiyyat və geosiyasi istiqamətlərdə çox möhkəmlənib”.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

Baba Pünhanın vəfatından 20 il ötür

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

Azərbaycanın daha bir qələbəsi

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI