“Heç kim Türkiyənin qardaş Azərbaycanı dəstəkləməsinə mane olmayacaq”

07:21 03-10-2020 | icon 242 | Siyasət
“Heç kim Türkiyənin qardaş Azərbaycanı dəstəkləməsinə mane olmayacaq”

“Türkiyədə Azərbaycanla Ermənistan arasında müharibənin getdiyini düşünmürlər. Azərbaycan öz ərazisində anti-terror əməliyyatı keçirir. Bu, Vətən müharibəsidir, amma Ermənistana qarşı yox, öz torpaqlarını azad edilməsi üçündür”.

 

Versus.Az xəbər verir ki, bu sözləri açıqlamasında türkiyəli politoloq Engin Özər deyib.

 

Onun sözlərinə görə, Ankara hər zaman Bakıya dəstək verəcək, lakin bu, bəzi KİV-lərin sübutsuz yazdıqları kimi, türk qoşunlarının Azərbaycanda döyüşdüyü anlamına gəlmir.

 

- Bu ərəfədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankaranın Azərbaycanı işğal edilmiş torpaqlarının azad edilməsi üçün ədalətli bir mübarizədə dəstəkləyəcəyini söylədi. Onun sitatı: “Qafqazda uzunmüddətli sülhün təminatı işğal olunmuş Azərbaycan torpaqlarının hər bir qarışının azad edilməsindən keçir. Türkiyə Azərbaycanı “bir millət və iki dövlət” prinsipi prizmasından qəbul edir. Azərbaycanlı qardaşlara hər cür dəstəyi göstərməyə davam edəcəyik”.

 

- Bu belədir və heç kim - nə İran, nə KTMT, nə də Rusiya Türkiyənin qardaş Azərbaycana dəstək verməsinə mane ola bilməz. Bizim ölkəmiz, “Aralıq dənizi böhranı”nda Türkiyəyə qeyd-şərtsiz dəstək verən Azərbaycan Prezidenti İlham Əliyevə minnətdardır.

 

- Siyasi addımlardan danışırıqsa, bundan sonra nə baş verə bilər?

 

- Mən düşünürəm ki, Moskvanın planlarında hələ ki, Nikol Paşinyanı dəstəkləmək yoxdur, gözləyirlər ki, o, saxta “DQR”-in “müstəqilliyini” tanısın.

Bu zaman İrəvan dünya birliyinin dəstəyindən məhrum olacaq, sanksiyaların olması mümkündür, Ermənistan dünyadan təcrid olunacaq. Nəticədə hazırkı Ermənistan baş naziri vəzifəsindən gedə bilər. Ehtimal ki, onun yerini Moskvanın adamı sayılan Robert Köçəryan tutacaq. Sonra isə Ermənistan Rusiya ilə Birlik Dövlətinə daxil edilə bilər.

İndi isə Türkiyə barədə. Azərbaycana həm diplomatik, həm də hərbi baxımdan qeyd-şərtsiz dəstəyimizi bir daha vurğulayım. PKK-dan olan kürd silahlıların Dağlıq Qarabağda Ermənistan silahlı qüvvələri tərəfində ortaya çıxması barədə məlumatları diqqətlə izləyirik. Hazırda söhbət 300 nəfərdən gedir. Bu isə birbaşa bizə aiddir. Milli təhlükəsizlik məsələləri ilə əlaqəli daha bir vacib məqam -  enerjidir. Türkiyə boru kəmərlərinin təhlükəsizliyinə cəlb edilə bilər.

 

- Türkiyəyə məxsus F-16 təyyarələrinin hərbi əməliyyatlarda iştirakı ilə bağlı, eləcə də digər bu kimi heç bir sübutu olmayan əsassız açıqlamaları necə izah edə bilərsiniz? Ortada heç bir dəlil yoxdur, Azərbaycan və Türkiyə təkzib edirlər, ancaq erməni tərəfi və ermənipərəst mütəxəssislər bunda israr edirlər. Müasir dünyada mükəmməl izləmə sistemləri, peyklərin olduğu bir vaxtda bunu sübut etmək çox çətin deyil. Ermənistan təyyarəsinin F-16 tərəfindən vurulması ilə bağlı Nikol Paşinyanın açıqlamasından bir neçə gün keçdi. Ancaq heç bir fakt təqdim edilməyib.

 

- Cavab sadədir. Nikol Paşinyanın bu vəziyyətdə KTMT-ni münaqişəyə cəlb etməkdən başqa çıxış yolu yoxdur. Bu səbəbdən də Türkiyə günahlandırılır. /Media.Az/

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Klipi üçün 10 kilo çəki atdı

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

Nəsibə Zeynalovanın doğum günüdür